Partiya  İsrailin Bakıdakı səfirliyində snayperlərlə təlim kimlərə mesaj idi? - iki maraqlı şərh-
Dekabrın 14-də İsrail səfirliyi və Azərbaycan təhlükəsizlik qüvvələri təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş birgə təlim keçiriblər. “Yeni Müsavat” xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində məlumat yayılıb. “Biz Azərbaycan Təhlükəsizlik Qüvvələrinə möhkəm sadiqliyinə və qətiyyətinə görə təşəkkür etmək istəyirik”, - deyə məlumatda bildirilir. İsrail kimi güclü kəşfiyyata malik ölkənin Bakıdakı səfirliyində bizim təhlükəsizlik qüvvələrinin təlim keçirməsi son dərəcə maraq doğurub. Bunun bir təsadüf olduğunu söyləmək də olmaz.
Doğrudur, bundan öncə Azərbaycan Türkiyə, Pakistanla birgə hərbi təlimlər keçib, amma İsraillə Azərbaycanın “təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş birgə təlim keçirilməsi” tamamilə başqa bir hadisədir. Təbii ki, bu, Azərbaycan üçün olduqca müsbət addımdır. Xəbərin təqdimatındakı bir özəllik də diqqət çəkir. Təlimlərin İsrail səfirliyi ilə Azərbaycan təhlükəsizlik qüvvələri arasında keçirildiyi göstərilib. Ancaq təlimin Azərbaycanın hansı təhlükəsizlik qüvvələri ilə keçirildiyi açıqlanmır. Bu məlumatda İrana bir mesaj ola bilərmi? Tehranın hansısa reaksiyası gözləniləndirmi? Maraqlıdır ki, təlimdən görüntülər də var idi və snayperlər səfirlikdə idi. Yeri gəlmişkən, İsrail səfirliyində təlim keçirilməsi bir daha Azərbaycanın bu ölkədə səfirliyinin açılmasını gündəmə gətirir. 1992-ci ildən Bakıda İsrail səfirliyi olsa da, Tel-Əvivdə diplomatik korpusumuz indiyə qədər yoxdur. Bu il İsraildə Ticarət Nümayəndəliyimizin açılması əslində səfirlik açılması istiqamətində atılan ilkin addım idi. Ona görə istər hərbi-texniki, istər enerji sahələrində əməkdaşlıq əsas verir ki, bizim İsraildə səfirliyimiz olsun.
Asim Mollazadə: “Azərbaycan tərəfindən İsrail səfirliyinə həmişə böyük diqqət göstərilib”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, bu, uzun illərdir həyata keçirilən əməkdaşlığın təzahürüdür. Deputatın sözlərinə görə, Azərbaycan tərəfindən İsrail səfirliyinə həmişə böyük diqqət göstərilib: “İstər bu sahədə əməkdaşlıq, istərsə Vətən müharibəsində İsrailin dəstəyi çoxşaxəli əməkdaşlığın olmasının göstəricisidir. Bu da növbəti işdir. Belə məsələlərin arxasında dövlətlərin arasında müsbət tərəfdaşlıq dayanır”.
A.Mollazadə hesab edir ki, bu təlimlə əsas mesajımız iki dövlət arasında əməkdaşlığın olmasıdır: “Bununla yanaşı, dövlətlərin əməkdaşlığında minilliklərlə olan xalqların qardaşlıq dəstəyi, bu bölgədə sülh içində birgəyaşayış dayanır. Vətən müharibəsi zamanı İsrailin hər bir şəhərində Azərbaycan bayraqları ilə bizi dəstəkləyən insanların olması iki dövlət arasında əməkdaşlığın nəticəsi idi”.....
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə