Partiya  Brüssel sammitindəki 11-ci bənd - Bakı həm də öz “qırmızı xətt”ini göstərdi-
Azərbaycanın dünyada antidemokratik rejim kimi qəbul edilən Belarusu aşkar müdafiəsi Avropa İttifaqı ilə gələcək münasibətlərimizə təsir edə bilərmi?
Azərbaycanın Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə görüşündə qəbul edilən bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmaması geniş müzakirələr doğurub. “Yeni Müsavat” bildirir ki, Belarusun Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində dəstəyinə görə təşəkkürünü ifadə edib. Belarus XİN-dən bildirilib ki, Bakı növbəti dəfə özünü beynəlxalq hüquq normalarına uyğun olaraq öz xarici siyasi prinsiplərinə sadiq qalan məsul və müstəqil iştirakçı kimi nümayiş etdirdi.
Sitat: “Əlbəttə, biz Şərq Tərəfdaşlığı sammitində dost dövlətlərdən anti-Belarus açıqlamaları və addımlarının birmənalı şəkildə pislənməsini gözləyirdik. Gənc postsovet ölkələrinin tarixi dəfələrlə göstərib ki, geosiyasi vəziyyətdən və Avropa bürokratiyasının əhvalından asılı olaraq istənilən bayraq altındakı yer boş qala bilər”.
Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının beynəlxalq məsələlər daimi komissiyasının sədri Andrey Savinıx, belaruslu politoloq Sergey Martselev, “Xarici Siyasət və Təhlükəsizlik Araşdırmaları Mərkəzi” İctimai Birliyinin direktoru, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Geosiyasət Tarixi Mərkəzinin rəis müavini Denis Bukonkin də “Caliber” analitik mərkəzinə şərh edərkən Azərbaycanın mövqeyini təqdir ediblər.
Sirr deyil ki, Azərbaycanın Belarusla kifayət qədər yüksək səviyyədə olan ikitərəfli münasibətləri var və Minskin iştirak etmədiyi sammitdə Bakının bu gedişi təqdir edilir. Bəzi iddialara görə, Azərbaycan bu addımı ilə həm də bir daha nümayiş etdirib ki, onun üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi “qırmızı xəttdir”. Azərbaycan təkcə Belarusa bağlı deyil, ümumiyyətlə, insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir. Bu, həm də Avropa İttifaqına verilmiş bir mesajdır ki, Azərbaycana qarşı gələcəkdə bu cür münasibət, daxili işlərinə qarışmaq Bakı üçün qəbuledilməzdir.
Bəs bu məsələ, Azərbaycanın dünyada antidemokratik rejim kimi qəbul edilən Belarusu aşkar müdafiəsi Avropa İttifaqı ilə gələcək münasibətlərimizə təsir edə bilərmi? Avropa İttifaqının Bakı ilə bağlı xüsusilə maliyyə dəstəyi ilə bağlı vədlərini ertələyə bilərmi? Məlumdur ki, Prezident Əliyev Aİ-yə minaların təmizlənməsi ilə bağlı maliyyə dəstəyi vermək çağırışı edib. Ümumiyyətlə, dünya bu cür jestləri anlayışla qəbul edirmi?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Bakının Brüsseldə tutduğu mövqe Avropa Birliyi ilə münasibətlərə mənfi təsir etməyəcək. Onun sözlərinə görə, bizim əlaqələr çoxşaxəli xarakter daşıyır: “Böyük strateji layihələr, enerji, nəqliyyat sektorunda əməkdaşlıq həyata keçirilir. Azərbaycanın regionda stabillik və sülh yaratmaq istəyinə Avropa Birliyi dəstək verib. Düşünürəm ki, bu münasibətlər inkişaf edəcək, iqtisadi və enerji sahələri ilə bərabər mədəniyyət, təhsil sahəsində əməkdaşlığı genişləndirməyi düşünürük”.
Deputat qeyd etdi ki, Azərbaycan Belarusla bağlı mövqeyini ifadə edib: “Avropada Lukaşenko hakimiyyətini antidemokratik rejim kimi tanıya bilərlər, amma sanksiyalardan dost Belarus xalqı əziyyət çəkəcək. Ona görə bu bəndə qoşulmadıq. Eyni zamanda bizim Belarusla da əməkdaşlığımız var”......
Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  SEÇKİ 2010
  Fotoqalereya
  Video və musiqi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə