Partiya  Ermənistan yenə də oyundankənar vəziyyətdə - ŞƏRH-
Fars körfəzi ilə Qara dəniz arasında formalaşdırılan yeni nəqliyyat dəhlizi İran, Azərbaycan, Gürcüstan üzərindən reallaşdırılacaq. Əvvəllər isə bu layihənin İran, Ermənistan və Gürcüstan üzərindən həyata keçirilməsi planlaşdırılırdı.
Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqaz bölgəsində həyata keçirilən layihələr hər zaman diqqət mərkəzində olub. Ölkəmiz şərqlə qərbi birləşdirən kommunikasiyaların kəsişməsindəki mövqeyindən uğurla istifadə edir. Uzun müddətdir müzakirə edilən Şimal-Cənub nəqliyyat dəhlizi belə layihələrdəndir. Artıq Azərbaycanın adı bu layihədə əksini tapıb. Belə ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində yazıb ki, İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropa yeni dəhlizi aktivləşəcək. Onun sözlərinə görə, bu dəhliz Pakistan, İran, Türkiyə arasında və Şimal-Cənub Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verilməsindən sonra aktivləşəcək.
Xatırladaq ki, İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Fars körfəzi – Qara dəniz marşrutunun yaradılması gündəmdədir. Bu marşrut çərçivəsində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən üç ölkənin 144 yük maşını ilə yükdaşıma başlanacaq. Əvvəllər isə bu layihənin İran, Ermənistan və Gürcüstan üzərindən reallaşdırılması planlaşdırılırdı. Lakin indi Ermənistan prosesdən kənarda saxlanılmaqla layihə İran, Azərbaycan, Gürcüstan üzərindən reallaşdırılır. Beləliklə, Ermənistan yenə də oyundankənar vəziyyətə salınır.....
.....Zəngəzur dəhlizi açılandan sonra...
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, Şimal-Cənub dəhlizində heç bir dəyişiklik göstərilmir: "Dəhliz İran-Azərbaycan-Gürcüstan vasitəsilə istifadəyə veriləcək. Ermənistan Zəngəzur dəhlizi açılmadığına görə Şimal-Cənub nəqliyyat dəhlizində iştirak edə bilmir. Bütün kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi açılandan sonra nəqliyyat dəhlizinə daxil olan digər ölkələr də bu layihədən yararlanacaq”.
İranın Ermənistana məhəbbəti azalıb
Əvvəllər Azərbaycan əvəzinə Ermənistanın bu layihədə yer alması, lakin sonradan durumun dəyişməsi məsələsinə münasibət bildirən A.Mollazadə vurğuladı ki, əvvəllər İranın niyyəti belə olub: "Lakin ola bilsin, indi İranın Ermənistana məhəbbəti azalıb. Bütövlükdə onu qeyd etmək lazımdır ki, Azərbaycan məhz 44 günlük Vətən müharibəsindən sonra bölgədə əməkdaşlıq, sülh və sabitlik mühiti yaratmaq istəyir. Ona görə də Azərbaycan üçün hər şeydən əvvəl sülhün, sabitliyin, o cümlədən təhlükəsizliyin olması ən vacib məqamlardandır. Çünki sabitlik və təhlükəsizlik olmadan bölgədə yeni layihələrin həyata keçirilməsi mümkün olmayacaq. Azərbaycan hazırda da bu istiqamətdə fəaliyyətini davam etdirir”.
Bəxtiyar Məmmədli
Kaspi.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə