Partiya  Qazaxıstanda qiymət artımı ilə yanaşı avtoritarizmə etiraz edirlər – Azərbaycandan baxışlar-
Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar köhnə qiymətlərin qaytarılmasına və hökumətin istefasına səbəb olub.
Yanvarın 4-də hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.
Qazaxıstandakı sosial böhran Azərbaycanda da geniş müzakirələrə yol açıb. Sosial şəbəkələrdə insanlar Azərbaycanda bahalaşmaya, o cümlədən qazın, elektrik enerjisinin, suyun, çörəyin və digər məhsulların bahalaşmasından narazılıqlarını ifadə edən çoxsaylı statuslarla çıxış edir......
.....Asim Mollazadə: Qardaş ölkədə stabilliyin pozulması Azərbaycana mənfi təsir edir
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə deyib ki, dost, qardaş ölkədə stabilliyin kobud surətdə pozulması Azərbaycana mənfi təsir edir.
Hesab edirəm ki, Azərbaycanla hər hansı paraleli aparmaq düzgün deyil. Asim Mollazadə, Milli Məclisin deputatı
“Biz istərdik ki, Qazaxıstanda tezliklə sabitlik bərpa olunsun, qardaş xalqın firəvan yaşamaq imkanları olsun,” o qeyd edib.
Qazaxıstandakı sosial böhranın, qiymət artımına etirazların sosial şəbəkələrdə Azərbaycan hökumətinin ünvanına tənqidlərə səbəb olması ilə bağlı sualın cavabında Mollazadə deyib ki, Azərbaycanda kəskin sospal böhran yoxdur.
“Qazaxıstandakı hadisələrin səbəbləri ciddi araşdırılmalı və öyrənilməlidir. Hesab edirəm ki, Azərbaycanla hər hansı paraleli aparmaq düzgün deyil. Sadəcə olaraq, bur qədər vaxt keçəndən sonra Qazaxıstandakı hadisələrin mahiyyəti bəlli olacaq,” Milli Məclisin deputatı Amerikanın Səsinə deyib.
Tapdıq Fərhadoğlu
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə