Partiya  Cenevrədə dalana dirənən danışıqlar: Rusiya və ABŞ anlaşmasa...-
Cenevrədə ABŞ-la Rusiya arasında kritik təhlükəsizlik danışıqları keçirilir. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, ABŞ Dövlət katibinin müavini Vendi Şerman və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü üçün məkan olaraq ABŞ-ın Cenevrədəki missiyası seçilib. Danışıqlar Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirərək bu ölkəni üç tərəfdən əhatəyə alması, eyni zamanda ABŞ və NATO-ya “təhlükəsizlik təminatına” dair ultimativ tələblər irəli sürməsi fonunda keçirilib.
İkitərəfli danışıqlardan sonra yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası keçiriləcək, yanvarın 13-də isə Vyanada ATƏT çərçivəsində çoxtərəfli danışıqlar olacaq. ABŞ Dövlət Departamenti Cenevrədə yalnız müəyyən ikitərəfli məsələlərin müzakirə olunacağını bəyan edib: “Avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropanın təhlükəsizliyinə dair heç bir müzakirələr aparmayacağıq”.
Məlumata görə, Şerman görüşdə Birləşmiş Ştatların suverenlik, ərazi bütövlüyü və suveren ölkələrin öz alyanslarını seçmək azadlığı ilə bağlı beynəlxalq prinsiplərə sadiqliyini vurğulayıb. Söhbət Ukraynadan və onun NATO-ya qoşulmaq istəyindən gedir. Putin NATO-nun şərqə doğru genişlənməsini, Ukrayna və Gürcüstan kimi keçmiş sovet respublikaları ilə əməkdaşlığı dayandırmasını tələb edir. Kreml həmçinin alyansın Şərqi Avropadan əsgər və silahlarını geri çəkməsini istəyir.
ABŞ-ın dövlət katibi Entoni Blinken danışıqlar ərəfəsində bəyan edib ki, Rusiya Ukraynanın “başına silah dirədiyi müddətdə” Moskva ilə danışıqlarda irəliləyiş əldə etmək mümkün deyil. Blinken başqa bir müsahibəsində isə deyib ki, Moskva Ukrayna ərazisinə daha çox girərsə, Rusiya kəskin sanksiyalar, ABŞ və müttəfiqlərinin cavab reaksiyası ilə üzləşəcək. “Reuters” agentliyi bildirir ki, Cenevrə danışıqlarından Vaşinqtonun gözləntisi Rusiyanın Ukraynaya yeni hərbi müdaxiləsinin qarşısını almaq, eyni zamanda Kremlin bu yaxınlarda təqdim etdiyi təhlükəsizlik təminatı tələblərində ona güzəştə getməməkdir. Eyni zamanda Rusiya rəsmiləri bu təhlükəsizlik təminatı şərtlərində hər hansı güzəşti istisna edirlər və belə çıxır ki, danışıqlar əvvəlcədən iflasa məhkumdur. Bu isə o deməkdir ki, Rusiya prezident Putinin xəbərdarlıq etdiyi kimi, “NATO-nun onun ölkəsinin sərhədlərinə yaxınlaşmasına cavab olaraq” qəti addımlar atacaq, yaxud müharibə əmrini verəcək.
Yeri gəlmişkən, yanvarın 11-də Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiya-ABŞ məsləhətləşmələri barədə nikbinlik üçün səbəb görmür. Onun sözlərinə görə, məsləhətləşmələr müsbət qiymətə layiqdir və bu müsbət qiymət xarici işlər nazirinin müavini Sergey Ryabkov tərəfindən verilib. Danışıqlar baş tutub, açıq, substantiv və birbaşa keçib. Göründüyü kimi, Cenevrə danışıqları nəticəsiz və ümumi sözlərdən ibarətdir. Tərəflər konkret öhdəliklər götürmür, hər hansı konsensus əldə olunmur. Hər halda, Vyana və Brüssel danışıqlarına da böyük ümidlər bəsləməyə dəyməz. Bizim siyasətçilərin, mütəxəssislərin Avropanın üç şəhərində bu danışıqlardan gözləntiləri nələrdir?
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, yaxın müddətdə razılaşma olmayacaq: “Amma yeganə müsbət hal danışıqların davam etməsidir. Bu müzakirələr hələ uzun zaman gedəcək. Sadəcə, danışıqların dayanması müharibəyə səbəb olmamalıdır”. A.Mollazadə ümid edir ki, danışıqlar yeni hərbi qarışdurmaları qabaqlayacaq: “Hazırda bu görüşlərdə əsas müzakirə Ukrayna problemidir. Fikrimcə, Rusiya tərəfindən irəli sürülən tələblər daxilə hesablanıb. Bu cür qəbuledilməz tələblərə rədd cavabı gələcəyi öncədən məlum idi”......
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə