Partiya  Hansısa ölkələr Ermənistanın təxribatlarına qoşularsa, bunun qarşısında rəsmi Bakı tək dayanmayacaq-
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-dən etibarən Kəlbəcər və Tovuz rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutur.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.

Ermənilərin təxribatları haqqında Modern.az-a danışan deputat Asim Mollazadə düşünür ki, ermənilərin məqsədi regionda stabilliyi pozmaq, ölkənin daxilindəki gərginlikdən diqqəti yayındırmaq məqsədi daşıyır:
“İstisna deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi həyata keçirmələri erməniləri həvəsləndirib. Azərbaycanla sərhəddə təxribat həyata keçirirlər ki, özlərinə hansısa fərqli dəstək qazansınlar. Amma ermənilərin istəyinə nail ola biləcəyini düşünmürəm. Üçüncü tərəfin müdaxiləsindən söhbət gedirsə, “Şuşa bəyannaməsi”ni xatırlatmaq yerinə düşərdi. Ermənistan özünə müttəfiq axtarır, Azərbaycanın isə artıq müttəfiqi var. Ordumuz istər öz gücü hesabına, istərsə də qardaş Türkiyə ilə birlikdə hərəkət etməklə, ölkəmiz bu təxribatların qarşısını ala bilər. Hansısa ölkələr Ermənistanın təxribatlarına qoşularsa, bunun qarşısında rəsmi Bakı tək dayanmayacaq”......


Aysel Aslan
Modern.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə