Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya uyğur soyqırımını rəsmi şəkildə tanıyıb. Layihənin müəllifləri “Çin Xalq Respublikasının uyğurlara qarşı tətbiq etdiyi soyqırımı xarakterli sistemli zorakılıqları və insanlıq əleyhinə cinayətləri” pislədiklərini qeyd ediblər.
Xatırladaq ki, uyğurların soyqırımını indiyədək ABŞ, Kanada və İrlandiya tanıyıb. Fransa kimi antitürk, antimüsəlman əhvalı, mövqeyi olan bir dövlətin uyğur türklərinin qayğısına qalması əsla səmimi görünmür. Bu, olsa-olsa Çinə təzyiq vasitəsidir. Ola bilsin ki, bu layihənin qəbul edilməsində ABŞ-ın Fransaya müəyyən təsiri olub. ABŞ Avropadakı və Amerika qitəsindəki özünə yaxın dövlətləri Çinə qarşı təşkilatlandırır. Ən asan yol insan haqları adı altında uyğur məsələsini qabardıb, Çinə təzyiq göstərməkdir. Bəs türk dövlətlərinin, əsas da Türkiyənin, Azərbaycanın Fransanın bu davranışına münasibəti necə olacaq? Asim Mollazadə: “Fransa Çindən nələrsə əldə etmək istəyir” Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə burada Fransanın başqa niyyətlərinin olduğunu qeyd etdi: “Çox güman ki, Fransa Çindən nələrsə əldə etmək istəyir. Onun üçün də təzyiq vasitəsi kimi hamıya xoş görünən bir qətnamə parlamentdə qəbul edib. Təzyiq vasitələri ilə öz maraqlarını təmin etməyə çalışır. Burada səmimi şəkildə soyqırımına qarşı çıxışdan söhbət gedə bilməz. Bu sənəddə əsas niyyət, dediyim kimi, Çindən nələrsə əldə etməkdir”..... Cavanşir ABBASLI, “Yeni Müsavat”
|