 |
 |

  
|
| Partiya |
ABŞ-ın keçirdiyi sorğu və “Qarabağ Rusiyaya birləşdirilməlidir” xülyası- |
 |
ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirib. Sorğunun nəticələrinə görə, ermənilərin yarısına qədəri Türkiyə ilə əlaqələrin qurulmasından ehtiyat edir. Həmin ermənilərin fikrincə, Ankaranın “erməni soyqırımı”nı tanıması və Qarabağ məsələsində neytral mövqedən çıxış etməsi halında Ermənistanın Türkiyə ilə münasibətlər qurması mümkün ola bilər.
Maraqlıdır ki, Ankara - İrəvan dialoqu başlasa da, sorğuya qatılanların 90 faizi Ermənistan üçün ən böyük təhlükənin Türkiyə olduğunu bildirib. Sorğuya qatılan ermənilərin 77 faizi Azərbaycanı Ermənistan üçün təhlükə sayıb. “Qarabağ problemi necə həll olunmalıdır” sualına verilən cavablar içərisində iki variant diqqəti cəlb edib: “Ermənistana birləşdirilməlidir - 16 faiz”, “Rusiyaya birləşdirilməlidir - 11 faiz”...... ......Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə əslində burada maraqlı nəticələrin üzə çıxdığını söylədi: “Bu sorğunun çox maraqlı nəticələri var. Bu nəticələr onu göstərir ki, Ermənistan cəmiyyətində türk nifrəti ilə yaşayan insanların sayı yarıya düşüb. Yəni Ermənistanın yarısı sülh istəyir. Bunlar olduqca maraqlı rəqəmlərdir. Çünki bundan öncə türk nifrəti ilə dolu 100 faizə yaxın nəticə var idi. Araikin Moskvaya dəvət olunmasına, ”Qarabağ Rusiyaya birləşdirilməlidir" ideyasına gəlincə, burada heç bir şans yoxdur, yəni bu ideyanın gerçəkləşməsi baxımından deyirəm. Qarabağ Azərbaycandır. Azərbaycan bunu öz qələbəsi ilə isbat edib. Ölkəmiz də yalnız deyil. Sadəcə olaraq, Şuşa Bəyannaməsini xatırlatmaq istəyirəm. Bizim birliyimiz heç kəsə niyyətini həyata keçirməyə imkan verməyəcək. Burada hansısa yeni oyunlar oynamağa imkan verilməyəcək"..... Cavanşir ABBASLI “Yeni Müsavat”
|
|
 |
Partiya |
 |
Partiyanın Liderləri |
 | Məlumat Mərkəzi |
|