Partiya  Ukrayna ətrafında böhran pik həddə – Bakı və Ankaranın sülhə töhfələri-
Ukrayna böhranı ilə bağlı Rusiya-Qərb danışıqları dalana dirənib. Makronun Moskva və Kiyev səfərlərindən sonra Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Moskvada rusiyalı həmkarı Lavrovla görüşüb. Lavrov bildirib ki, ingiltərəli həmkarı NATO təəssübkeşliyi edib.
Sitat: “Moskvada Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıqlarda İngiltərə xarici işlər naziri Liz Trass NATO mərkəzçiliyini nümayiş etdirdi”.
Lavrov daha sonra bildirib: “Bu gün biz ətraflı şəkildə bildirdik ki, Londonda narahatlıq doğuran Rusiya silahlı qüvvələri Baltikyanı bölgədə yerləşən yüzlərlə və minlərlə İngiltərə hərbçisindən fərqli olaraq, öz ərazilərində yerləşir”.
Lavrov həmçinin Trassa İngiltərə Baş naziri Boris Consonun Bolqarıstan və Rumıniyaya ingilis hərbçilərin göndərilməsinin zəruriliyini açıqladığını xatırladıb. Trass Lavrova cavabında deyib ki, İngiltərə silahlı qüvvələri də öz ərazilərində yerləşdiriləcək, çünki Rumıniya da, Bolqarıstan da NATO ölkələridir. Trassla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Lavrov bildirib ki, ingilis diplomat ona yeni heç nə deməyib. O vurğulayıb ki, İngiltərə tərəfi “Rusiya qoşunlarının Rusiya ərazisindən çıxarılması” tələbini dəyişməyib.
Beləcə, diplomatik təmasların iflasa uğraması müharibə ehtimalını yüksəldir. Hətta qaçılmaz edir. ABŞ da bir yandan Şərqi və Mərkəzi Avropa ölkələrində hərbi baxımdan möhkəmlənir. Əsgəri qüvvə, hərbi texnika daşınır. Avropa İkinci dünya müharibəsindən sonra ən böyük və dağıdıcı savaşa hazır olmalıdır. Türkiyənin səyləri, Azərbaycanın apardığı proseslər sülhə töhfə verəcəkmi?
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Türkiyənin bu istiqamətdəki təşəbbüslərini yüksək dəyərləndirir: “Ümidvaram ki, bu qarşıdurma müharibə ilə nəticələnməyəcək. Çalışmaq lazımdır ki, tərəflər masa arxasında danışıqlar yolu ilə mövcud olan problemlərin həllini tapsınlar. Bu istiqamətdə Türkiyə prezidentinin proseslərdə öz müsbət təşəbbüsləri var. Hər iki tərəfə müraciət edərək onları danışıqlara dəvət edib. Bilirsiniz ki, hər iki ölkənin qardaş dövlətə böyük inam və etibarları var. Bu baxımdan düşünürəm ki, Türkiyənin təşəbbüsü öz müsbət təsirini göstərəcək. Rəsmi Ankara maraqlıdır ki, bölgədə sabitlik olsun, qonşuluqda hansısa qarşıdurmalar olmasın. Sülh axtarışı davam etdirilməlidir. Bu istiqamətdə Türkiyənin təşəbbüslərini çox yüksək qiymətləndirirəm”.....
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə