|
“Real təhlükə olarsa, Azərbaycan öz vətəndaşlarına dəstək verəcək”
Milli Məclisin deputatı Asim Mollazadə də deyir ki, Azərbaycan hazırda Kiyevdə təhlükə görmədiyi üçün bu qərarı verməyib: "Ola bilər ki, bu qərarı verən ölkələrin əlində başqa məlumatlar və ya başqa məqsədlər var. Mən əminəm ki, əgər real təhlükə olarsa, Azərbaycan öz vətəndaşlarına dəstək verəcək. Hazırda belə bir təhlükə yoxdur. Ukrayna rəsmiləri də qeyd edir ki, panika yaratmağa ehtiyac yoxdur. Ukrayna mütəxəsislərinin hesablarına görə, bu problemlərə görə Ukrayna 3 milyarddan çox pul itirib. Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü tanıyıb".
“Rusiyanın Ukraynaya müdaxiləsi baş tutsa, Azərbaycan hansı mövqeni tutmalıdır” - sualına ekspertlərin cavabı birmənalı şəkildə o oldu ki, Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanan mövqe tutmalıdır.
"Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına əsaslan mövqe tutur. Azərbaycan həm Ukraynanın, həm də Gürcüstanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycanın verdiyi bu istiqamətlər hər zaman birmənalı olub və onu çəkinmədən bütün beynəlxalq təşkilatlarda ifadə edib", - A.Mollazadə suala cavabında deyib......
Məzahir Abdurahmanov
Toplum.tv
|