Partiya  Putinin qərarı həmsədrləri də “basdırdı”-
Rusiya ABŞ və Fransa ilə daha işləyə bilməz; Avropa qurumlarının Minsk Qrupunu dirçəltmək cəhdlərinə zərbə...
ATƏT-in Minsk Qrupunu “diriltmək” üçün cəhdlər davam edir. Son olaraq, Avropa Parlamenti belə bir çağırışla çıxış edib.
Belə ki, Avropa Parlamentinin 2021-ci ildə “Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsinə dair” illik hesabatı dərc olunub. Hesabatda bir sıra məqamlara toxunulub. Həmçinin, Avropa Parlamenti Avropa İttifaqını Qarabağ münaqişəsinin sabit həlli üçün axtarışlarda fəal iştirak etməyə çağırıb. Qeyd olunub ki, “ATƏT-in Minsk Qrupu münaqişənin ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə, bərabərlik və gücdən istifadə etməmək prinsipləri əsasında münaqişənin həllində yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qalır”.
Avropa Parlamentinin deputatları ATƏT-in Minsk Qrupunu tez bir zamanda vasitəçilik roluna qayıtmağa çağırıblar. Maraqlıdır, Avropa qurumları niyə Minsk Qrupu formatının bərpa olunmasında israr edirlər?
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Minsk Qrupunun yada düşməsində Ukrayna hadisələrini əsas görür: “Avropa Birliyi əslində Minsk Qrupunu xatırlamaqla öz acizliyini nümayiş etdirir. Çünki hansısa münaqişələrin həllində təsir imkanlarına malik deyil. Çox güman ki, Minsk Qrupunun yada düşməsinin səbəbi Ukrayna ilə bağlı II Minsk Qrupunun iflası oldu. I Minsk Qrupu 30 ildə Qarabağla bağlı heç bir iş görmədi. Əslində Azərbaycan humanitar və digər bir sıra məsələlərlə bağlı beynəlxalq təşkilatların dəstəyini qəbul etməyə hazırdır. Lakin münaqişə bitib. Avropa Birliyi hansısa töhfəsini vermək istəyirsə, Ermənistanı sülh sazişinə, delimitasiya və demakrasiyaya, kommunikasiyaların açılmasına çağırmalıdır. Bu da münaqişənin əslində həlli üçün çox ciddi töhfə ola bilər. Başqa bir tarixi, iflasa uğramış təşkilatların adlarını sadalamaqla hansısa bir töhfə verə bilməzlər. Bununla bölgədə sabitliyinə bərpasına da töhfələri ola bilməz. Sülh üçün yeganə yol Ermənistanın sülhə hazır olub, ərazi iddialarına son qoyub, sərhədləri müəyyənləşdirməkdən, kommunikasiyaları açmaqdan və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan ibarətdir. Bu istiqamətdə təbii ki, Avropa Birliyinin nəsə imkanları varsa, töhfəsini verə bilər”.....
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə