 |
 |

  
|
| Partiya |
Ermənistan və onun xaricdəki havadarları Azərbaycan-Rusiya münasibətlərinin normallaşmasından narahatdırlar- |
 |
Fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanan Moskva bəyannaməsinə, gözlənildiyi kimi, ölkə xaricindən də reaksiyalar gəlməkdədir. Ermənistan isə sənədlə bağlı öz mövqeyini açıqlayıb. Ermənistan parlamentinin spikeri Akop Arşakyan “hər bir ölkənin beynəlxalq münasibətləri istədiyi kimi inkişaf etdirmək kimi suveren hüququ var. Bizim Rusiya ilə strateji sazişimiz var və bu saziş ən yüksək səviyyədə həyata keçirilir. Biz ölkələrin öz xarici siyasətini həyata keçirmək üçün suveren hüququna hörmətlə yanaşmalıyıq”, - deyə bildirib.
Hələ ki bəyannamənin imzalanmasına Avropa və ABŞ tərəfindən rəsmi reaksiya verilməyib. Bəzi Qərb ekspertləri bəyannamənin Azərbaycanda rəngli inqilabların planlaşdırılmasına görə ölkədə “Soros və “NED”ə ittihamlardan sonra” imzalanmasına diqqət çəkir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bəyannaməni “Turan”ın Vaşinqton müxbirinə şərh edərkən bəzi ittihamlar irəli sürüb. Sabiq səfirin dediyinə görə, bu sənədlə “Rusiyanın Azərbaycanda daim hərbi iştirakı, eləcə də Azərbaycanın üçüncü ölkə (ABŞ) və təşkilatlarla (NATO) münasibətlərinə veto hüququ olacaq”...... .....Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Türkiyə ilə münasibətlərin tamamilə fərqli olduğunu qeyd etdi: “Azərbaycanın Türkiyə ilə mövcud olan münasibətləri, sadəcə, müttəfiqlik münasibətləri deyil, bu, qardaşlıq münasibətləridir. Hər hansı bir beynəlxalq sənəd bu münasibətləri hansısa formada poza bilməz. Azərbaycan bütün qonşularla normal əməkdaşlıq və tərəfdaşlıq istiqamətində addımlar atmağa hazırdır. Rusiya ilə imzalanan sənəddə əsas 1-ci bənddir. Rusiya tərəfindən Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü tanınıb. Mənə elə gəlir ki, bu sənəddə ən mühüm məqam məhz separatizmə qarşı mübarizə ilə bağlı bəndlərdir. Düşünürəm ki, Qarabağ müharibəsinin bitməsinin Rusiya tərəfindən qəbul edilməsi əslində Azərbaycanın dövlət maraqlarına uyğundur. Azərbaycan öz ərazisində sabitlik istəyir. Bu sabitlik üçün imzalanan sənəd əslində hüquqi əsaslar yaradır. Azərbaycan-Türkiyə münasibətləri hər şeyin fövqündədir. Mənə elə gəlir ki, bunun səbəbi hansısa sənədlər deyil. Məhz mövcud olan qardaşlıqdır”. Deputat onu da qeyd etdi ki, Ermənistan və onun xaricdəki havadarları Azərbaycan-Rusiya münasibətlərinin normallaşmasından narahatdırlar: “Onlar anlayırlar ki, bu sənəddən sonra hansısa revanş istiqamətində şansları yoxdur, Azərbaycana qarşı heç bir əməliyyat keçirə bilməzlər. Azərbaycan bütün dünyaya bir daha bəyan edir ki, Qarabağ Azərbaycandır! Bu, real olaraq həyata keçirilir”..... Cavanşir ABBASLI “Yeni Müsavat”
|
|
 |
Partiya |
 |
Partiyanın Liderləri |
 | Məlumat Mərkəzi |
|