Ermənilobbisininsifarişiilə qəbuledilənbədnamqətnamə Avropaİttifaqınınqərəzlimahiyyətiniifşaedir
Avropa Parlamenti martın 10-da “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi” ilə bağlı qətnamə qəbul edib. Bu qətnamə təşkilatın bir daha Azərbaycana qarşı qərəzli, ədalətsiz və ikili standartlara söykənən siyasətini təzahür etdirir. Avropa Parlamentinin dəfələrlə Azərbaycana qarşı heç bir fakta əsaslanmayan, yalan məlumatlarla dolu qətnamələrinin şahidi olmuşuq. Görünür, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Qarabağda yenidənqurma və bərpa işlərini həzm edə bilməyənlər hələ də var. Dünya həqiqətlərə şahidlik edir Torpaqlarımızın azad olunmasından sonra Qarabağda tarixi abidələrimizin, mədəni irsimizin, mədəniyyət nümunələrimizin 30 il ərzində erməni vandalları tərəfindən necə məhv edildiyini görməmək mümkün deyil. Vətən müharibəsindən sonra müxtəlif xarici ölkələrin diplomatlarının, jurnalistlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağa səfərləri olub. Səfər edən əcnəbilər Qarabağın müxtəlif rayonlarında Azərbaycan mədəniyyətinin, tarixi abidələrinin necə dağıdıldığını, Qarabağda ekosid törədildiyini, daşdan başqa heç nəyi qalmayan ərazilərimizdəki mənzərəni görüb təəccüblərini gizlədə bilməyiblər. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərdə bərpa-quruculuq işlərinə başlanılıb. Əlbəttə ki, bütün tarixi, mədəni, dini abidələrimiz, muzeylər də bərpa ediləcək. Qətnamənin ləğv edilməsi tələb olunur Qətnamənin qəbulundan sonra Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıblar. Bəyanatda Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illərlə tarixə malik mədəni irsinin tamamilə yox olmaq təhlükəsi ilə üzləşdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycana qarşı olan ikili standartlar, irqçi xarakterli yanaşmalar və islamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil edib. Erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərində ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı saxta faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul olunması Azərbaycana qarşı növbəti riyakarlıqdır: “Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olmuş torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı”. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Sadalanan faktlara baxmayaraq, müəyyən beynəlxalq təşkilatlar, Avropa Parlamentinin üzvləri bu durumlara səssiz qalır və Azərbaycan əleyhinə qətnamələr qəbul edirlər. Bəyanatda qeyd olunub ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edilir. Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnamənin ləğv edilməsi tələb olunur. Belə addımlar Avropa İttifaqına inamı azaldır Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatı Asim Mollazadə qəzetimizə bildirib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sənəd təəssüf doğurur. Deputatın sözlərinə görə, Avropa Parlamentinin nəzdində siyasi korrupsiyaya qurşanmış erməni lobbi təşkilatları Avropa dəyərlərinə, eləcə də Avropa İttifaqının maraqlarına zidd olaraq yalan məlumatlar əsasında belə sənəd qəbul ediblər: “Bu onu göstərir ki, Avropa Parlamentində fəaliyyət göstərən lobbi qrupları çox vaxt bilavasitə siyasi korrupsiyaya görə Avropa dəyərlərinə və Avropa İttifaqı ölkələrinin maraqlarına zidd addımlar atırlar. Bu, təəssüf doğurur. Biz görürük ki, dəyərlərə zidd olan siyasi fəaliyyət, əslində, Avropa İttifaqına inamı azaldır”. Asim Mollazadə qeyd edib ki, Avropa Parlamenti ilə fəaliyyətdə belə xoşagəlməz hadisələrlə rastlaşmışıq. Yalanlar əsasında qəbul edilən sənədlər, əslində, Avropa Parlamentini gözdən, nüfuzdan salır. Artıq parlamentin sənədlərinə heç kəs ciddi yanaşmır......
|