Asim Mollazadə: “Rəsmi İrəvana qarşı hər hansı sanksiyalar və cəzalar tətbiq edilmir. Bu, məhz erməni lobbiçilərinin səyləri nəticəsindədir”
Ermənistanın Ukraynanın işğal edilməsi üçün Rusiyaya dəstək məqsədilə "Su-30" qırıcı təyyarələri göndərməsi ilə bağlı Baş nazir Nikol Paşinyanın komandası susqun qalıb. Lakin hökumətə yaxın teleqram kanalları bunun əksini göstərir. Bu barədə Türkiyənin “Haber Global” telekanalı bəhs edib. N.Paşinyan qırıcı təyyarələrinin ölkəni tərk etməməsi ab-havasını yaratmaq məqsədilə təcili surətdə Suriyadan “Su-30” təyyarələri gətirib və NATO nümayəndələrinə nümayiş etdirib. Buna görə də, sosial şəbəkənin erməni seqmentində tənqid olunub. Bundan başqa, “Haber Global”ın 4 qırıcı təyyarəsinin pilotlarla birgə rəsmi Moskvaya göndərilməsi xəbəri Ermənistan kəşfiyyatının zəifliyini ortaya çıxarıb. Gizli məlumatın mətbuata sızması N.Paşinyanı Rusiyaya qarşı çətin vəziyyətə salıb, iki ölkə arasında diplomatik gərginlik alovlanmağa başlayıb. Xatırladaq ki, Ermənistanın Rusiyaya döyüş təyyarəsi və pilotlarla dəstək verməsi xəbərini ilk dəfə “Haber Global” televiziya kanalı ictimailəşdirib. N.Paşinyan əvvəlcə bu xəbəri təkzib etsə də, daha sonra “Haber Global”ın yayımladığı peyk görüntüləri onu səssiz qalmağa vadar edib. Beləliklə, rəsmi irəvan bu addımı ilə işğala dəstək verib. Qeyd edək ki, Azərbaycan Ermənistanın çirkin niyyətlərinə daim bələd olub. Lakin Qərb həmişə susub.İndi də Rusiya işğalına dəstək verən Ermənistana qarşı heç bir tədbir görmürlər. Ermənistanın ikiüzlü siyasətindən “Sherg.az”a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, bunun səbəbi bir sıra Qərb ölkələrində və ABŞ-da siyasətə təsir edə bilən diasporun lobbiçilik fəaliyyətidir: “Müəyyən qədər siyasi korrupsiyaya uğramış Avropa və Amerika siyasətçiləri Ermənistanın istənilən cinayət əməllərinə göz yumurlar. Biz bunu uzun illərdir, müşahidə edirik. Ermənistanın istənilən hərəkəti diqqətdən yayındırılır. Rəsmi İrəvana qarşı hər hansı sanksiyalar və cəzalar tətbiq edilmir. Bu, məhz erməni lobbiçilərinin səyləri nəticəsindədir”......
|