Partiya  "Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi geri qaytarılır..." – Paşinyan Brüsseldə küncə sıxılıb?-
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin rəsmi İrəvan bu günə kimi həmin bəndi yerinə yetirməyib.
Qazaxın 7 kəndinin taleyi hələ də müəmmalı olaraq qalmaqdadır. Görəsən, bir neçə gün öncə Brüsseldə Əliyev və Paşinyan arasındakı danışıqlardan sonra bu məsələ həllini tapa bilərmi?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Gundem.az-a açıqlamasında vurğulayıb ki, sözügedən məsələ Ermənistanın öhdəliyinə daxildir.
Parlamentari qeyd edib ki, Ermənistan dəfələrlə müvafiq sənədləri imzalayaraq bu öhdəlikləri üzərinə götürüb, ona görə də sözügedən kəndlərin qaytarılmasını yerinə yetirməlidir:
“Danışqlar növbəti dəfə Brüsseldə baş tutdu. Ancaq İrəvan bu dəfə də üzərinə düşənlərdən boyun qaçırmağa çalışacaq. Lakin gec-tez İrəvanı məcbur edəcəklər ki, sərhədlərin delimitasiyası və demarkasiyası sonlandırılsın və qalan ərazilər Azərbaycana qaytarılsın”.......
Yeganə
Gundem.az
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə