Partiya  Deputatlar maaşlarını haraya və necə xərcləyirlər?-

Bəzən cəmiyyətdə millət vəkillərinin maaşının yüksək olması ilə bağlı fikirlər səslənir. Bəzi parlamentarilər isə aylıq əmək haqqının artırılması ilə bağlı təklif irəli sürürlər. Bəs görəsən, deputatların gəliri xərcləri qarşılayırmı? Ümumiyyətlə, millət vəkilləri seçiciləri nəzərə almaqla ətrafdakı insanlara yardım edə bilirlərmi? Aylıq gəlir onları qane edirmi?....

......Millət vəkili Asim Mollazadə də hesab edir ki, ilk növbədə büdcədən maliyyələşən müəllimlərin, həkimlərin barəsində düşünmək lazımdır: “Sözügedən kateqoriyalarda əməkhaqları aşağıdır. Buna diqqət etmək lazımdır. Təbii ki, deputatlar imkan daxilində ətrafdakı insanlara müəyyən qədər yardım edirlər”.

Qeyd edək ki, “Milli Məclis deputatının statusu haqqında” Qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə