Partiya  Asim Mollazadə: “Bu gün üçün müşahidələr belə söyləməyə əsas verir ki, Makronun şansı daha yüksəkdir”-

Azərbaycandakı bir sıra partiyaların sədrləri Yenicag.az-a açıqlamalarında Fransada aprelin 24-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Emmanuel Makronun, yoxsa Marin Le Penin qalib gələcəyinə dair fikirlərini bildiriblər.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, parlamentin deputatı Asim Mollazadənin fikrincə, Fransa seçkilərinin ikinci turunda favorit Emmanuel Makrondur:

“Bu gün üçün müşahidələr belə söyləməyə əsas verir ki, Makronun şansı daha yüksəkdir. Çünki birinci turda ona rəqib olmuş namizədlərin bəziləri öz tərəfdarlarını ikinci turda Makrona səs verməyə çağırıblar.

Amma Le Penin də mənsub olduğu radikal sağ qanadda parçalanma mövcuddur. Le Pen həmin qanadın səsini qazanarsa, onun imkanları arta bilər. Lakin indiki halda cüzi də olsa, üstünlük Makrondadır”.....


A.Zeynalov

www.yenicag.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə