Partiya  65 ölkədən Şuşaya doğru: Zəfər Qurultayının TARİXİ ƏHƏMİYYƏTİ-

Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçiriləcək. 30 ildən sonra işğaldan azad olunan Qarabağda Zəfər Qurultayının təşkil edilməsi tarixi hadisə kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşada bir araya gələrək, diaspor tarixində möhtəşəm ilkə imza atacaqlar. 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin ötən gün yaydığı məlumata görə, qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, sonra Şuşa şəhərinə yola düşəcəklər.

 

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.....


.....Birliyimiz daha da möhkəmlənir...


Deputat Asim Mollazadə qeyd edib ki, Zəfər Qurultayının Şuşada keçirilməsi dünya azərbaycanlılarının birliyini daha da möhkəmləndirəcək: 


 

"Qurultayın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi rəmzi xarakter daşıyır. Bu, onu göstərir ki, bütün dünyada azərbaycanlıları birləşdirən məhz Azərbaycanın öz zəngin, dərin mədəniyyətidir. Bu həm də mədəniyyətimizə hörmət və azərbaycanlıları birləşdirilən Azərbaycan sevgisi ilə yaşamaq amilidir. Azərbaycanın mədəniyyət paytaxtında belə bir tədbirin keçirilməsi çox möhtəşəm hadisədir. Bu azərbaycanlıların birliyini daha da möhkəmləndirəcək".


Turqay MUSAYEV

Modern.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə