......Millət vəkili Asim Mollazadə Dünya Azərbaycanlılarının Qurultayının böyük rəmzi xarakter daşıdığını vurğuladı: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Azərbaycan xalqının hər bir nümayəndəsini yaşadığı yerdən asılı olmayaraq, birləşdirən əsas amil Azərbaycanın qədim, gözəl mədəniyyətidir. Bu baxımdan Şuşanın misilsiz rolu var. Dünyanın fərqli ölkələrində yaşayan bir millətin övladları öz Vətəninin dəyərlərini dünyaya yayırlar. Eyni zamanda yaşadıqları ölkələrdə Azərbaycanın hüquqlarını müdafiə edə bilirlər. Biz dəyərlərimizi dünyaya yayaraq daha çox dost qazana bilərik”.......