Partiya  Şuşa 50 milyona qucaq açır-
Dünya milli birliyimizə, həmrəyliyimizə bir daha şahidlik edəcək
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsində düşmən işğalından azad etdiyi qədim qalamız - Şuşa şəhəri bu gün Dünya Azərbaycanlılarının V Qurultayına qucaq açacaq.
Qurultayın məhz Qarabağda, Şuşada keçirilməsi, 50 milyonluq dünya azərbaycanlılarının təmsilçilərinin bir araya toplaşacağı yerin Şuşa olması təsadüfi deyil. Təbii ki, Şuşa bizim mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də qəhrəman şəhərimiz, zəfərimizin rəmzidir......
......Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qəzetimizə açıqlamasında qurultayın əhəmiyyətindən söz açaraq bildirdi ki, 30 illik işğal dövründə, həmçinin 44 günlük müharibə zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni vandalizminin, vəhşiliyinin, azərbaycanlıların başına gətirilən soyqırımı faktlarının dünya ölkələrində göstərilməsi, mədəniyyətimizin tanıdılması istiqamətində diaspor təşkilatlarımız uğurla fəaliyyət göstəriblər. Azərbaycanın dövlət siyasətində də diaspor quruculuğu hər zaman önəmli yer tutub. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları daim bir amal - Azərbaycan sevgisi birləşdirib.
Deputat hesab edir ki, V qurultayın məhz Şuşada keçirilməsi rəmzi xarakter daşıyır. Bu, onu nümayiş etdirir ki, Şuşa bütün dünyada azərbaycanlıları birləşdirən dərin, zəngin mədəniyyət ocağıdır. Bu, Azərbaycan mədəniyyətinə hörmət və soydaşlarımızı birləşdirən sevgidir: "Qurultayın Şuşada keçirilməsi çox gözəl təşəbbüsdür və azərbaycanlıların birliyini daha da möhkəmləndirəcək".......
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə