Partiya  Zəfər qurultayı birliyimiz və gücümüzün təcəssümü oldu-

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin təbliğatı üçün xaricdəki diasporumuzun yeni yol xəritəsini müəyyənləşdirdi

 

"Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır".

Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan həqiqətləri, Vətən müharibəsindəki şanlı Zəfər və postmüharibə dövrünün reallıqlarını dəyərləndirən Prezident İlham Əliyev eyni zamanda müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bundan sonrakı fəaliyyətləri üçün yol xəritəsi müəyyənləşdirib.

Zəfər qurultayı torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya azərbaycanlılarını bir araya toplayan ilk möhtəşəm toplantı oldu. Siyasətçilər də hesab edirlər ki, Prezidentin verdiyi tapşırıqların, tövsiyələrin yerinə yetirilməsi Azərbaycanı getdikcə qüdrətləndirəcək və dünyada nüfzunu daha da artıracaq.

 

"Birliyimiz daha da güclənməlidir"

 

Mili Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qəzetimizə açıqlamasında bildirib ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər  Qurultayında çıxış edən Prezident İlham Əliyev Azərbaycan xalqının birliyindən, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlının bu zəfərlə fəxr etdiyindən söz açdı və xalq bir daha möhtəşəm birliyini dünyaya nümayiş etdirdi.

Deputat qeyd edib  ki, uzun illər ərzində münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar heç bir həll yolları tapmadıqları halda, Azərbaycan öz iradəsini nümayiş etdirərək torpaqlarını işğaldan azad edib: "Mədəniyyət, dil hər bir azərbaycanlını birləşdirən əsas amildir.  Məhz bu dəyərlər üzərində hər bir azərbaycanlı yaşadığı ölkədə sosial, siyasi həyatda fəal rol oynayaraq Azərbaycan dövlətinin müdafiəsinə qalxa bilər. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, təbliği istiqamətində çox işlər görülməlidir. Biz döyüş meydanında qalib gəldik, lakin Azərbaycana qarşı təxribatlar davam edir. Bunun üçün birliyimiz daha da güclənməlidir. Azərbaycan qarşıda duran bütün problemləri xalqın birliyi, dünya  azərbaycanlılarının iradəsi ilə həll edəcək, çünki bunun üçün yetərincə gücümüz var".

Deputat vurğulayıb ki, iki gün davam edən qurultayın sonunda çox mühüm  sənədlər qəbul edilib. Bütün bunlar reallaşacağı təqdirdə gələcəkdə hər kəs Azərbaycanın çox böyük uğurlarına şahidlik etmiş olacaq.....


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə