Partiya  Ermənistanda özünü müxalifət adlandıranlar hərbi cinayətkarlardır, onların siyasi yollarla iqtidara gəlmək şansları yoxdur-
Ermənistanda parlament müxalifəti etiraz aksiyalarının yeni taktikasını açıqlayıb. “Yeni Müsavat” məlumat verir ki, bu haqda “Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan anons verib. Onun sözlərinə görə, müxalifətin vəzifəsi İrəvanı iflic etməkdir ki, bunun üçün də lazımi potensial var.
Müxalif siyasətçi qeyd edib ki, artıq hakimiyyətin istefası ilə bağlı ictimai tələb formalaşıb, yalnız qüvvələri səfərbər etmək qalır. Bundan başqa, İ.Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlamaları ilə bağlı razılaşmaları ləğv olunacaq. Sitat: “Beynəlxalq tərəfdaşlarımız bundan xəbər tutsunlar. Biz demirik ki, bu hakimiyyət kənarlaşdırılandan sonra biz Azərbaycana və Türkiyəyə müharibə elan edəcəyik, ya yox. Danışıqlar aparacağıq, amma ölkəmizin maraqlarını qoruyacaq öz gündəmimiz olacaq”.....
......Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistanda özünü müxalifət adlandıranlar hərbi cinayətkarlardır, onların siyasi yollarla iqtidara gəlmək şansları yoxdur: “Hətta müharibədən sonra keçirilən seçkidə xalq Paşinyana səs verdi. Ona görə bu qüvvələr yalnız terror, yaxud qətllərlə hakimiyyətə gələ bilərlər. Çünki başqa yolları yoxdur, heç bir halda siyasi yolla hakimiyyətə gələ bilməzlər”. Azərbaycan üçün təhlükəyə gəlincə, A.Mollazadə vurğuladı ki, “Dəmir yumruq” öz yerindədir və Qarabağda ola biləcək təxribatların qarşısı qətiyyətlə alınacaq. Deputatın sözlərinə görə, keçirilən etiraz aksiyalarında ciddi kütləvilik də yoxdur: “Sadəcə, Qarabağ klanı və beynəlxalq erməni terror şəbəkəsi ilə bağlı nümayəndələr proseslərdə iştirak edirlər. Bu hadisələrdə Rusiyanın məqsədi isə Ermənistana nəzarəti itirməməkdir".....

Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə