Partiya  “Böyük qayıdış”: İnsanlar Qarabağda ən yüksək səviyyədə şəraitlə təmin ediləcəklər-
İşğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinın miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutub. Bu, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin sürətlə davam etməsinin göstəricisidir. İlk pilot layihə olaraq məhz Zəngilanda 200 evdən ibarət “ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq. Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verilib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutub.....
.....Milli Məclisin deputatı Asim Mollazadə isə bildirib ki, “Böyük qayıdış” layihəsi Azərbaycan dövlətinin qarşısında duran ən əsas hədəflərdən biridir:
“Bilavasitə bu layihə Prezident İlham Əliyevin nəzarətində saxlanılır. Dəfələrlə bölgəyə səfər edərək hər bir proqramın icrasına və sürətlə həyata keçirilməsinə özü şəxsən nəzarət edir. “Ağıllı kənd” layihəsi sadəcə bir misal ola bilər. Hava limanlarının açılışı, avtomobil və dəmir yollarının tikintisi istiqamətində böyük layihələr sürətlə icra olunur. Ən yüksək texnologiyaların təminatı ilə bölgənin ətraf mühitini qorumaq bu layihələrin tərkib hissəsidir. Bizim Qarabağda böyük su ehtiyatlarımız, meşələrimiz var. Azərbaycanın gözəl guşəsi olan Qarabağın təbiəti həm turizm üçün də yararlıdır. Mədəniyyət paytaxtımız olan Şuşanın türk dünyasının və beynəlxalq aləmin mədəniyyət mərkəzinə çevrilməsi həyata keçirilən proqramın tərkib hissəsidir. Beynəlxalq təşkilatların, ən yüksək texnologiyalara malik şirkətlərin iştirakı ilə bütün bunlar təmin olunacaq. Bu prosesdə Azərbaycana dost, tərəfdaş olan ölkələr, xüsusən qardaş Türkiyə artıq fəal iştirak edir”.....
Aytəkin Qardaşova
Pravda.az
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə