Ekspertin fikrincə, nə qədər ki, bəzi xəstəxanalar müxtəlif orqanları tabeliyindədir, özəl xəstəxanalara nəzarəti də həyata keçirtmək mümkün olmayacaq
BAKI, 6 iyun — Sputnik. "Səhiyyə Nazirliyi tərəfindən dövlət və özəl xəstəxanalara nəzarət üçün müvafiq protokollar müəyyənləşməlidir. Təəssüflər olsun ki, 30 ilə yaxındır ki, bu istiqamətdə hansısa iş görmürük". Millət vəkili Asim Mollazadə özəl xəstəxanalarda özbaşınalığın artmasına münasibət bildirərkən belə deyib.
O bildirib ki, daha sonrakı addımda hansısa ciddi protokol pozuntularına yol verən xəstəxana lisenziyasını itirməli, xəstəxana ilə yanaşı həkim də cəzalandırılmalıdır.