Partiya  Deputatlar təkrar seçkini istisna etmir: “Vəsait ayrılıbsa, ilin sonuna qədər…”-
2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər təklif olunur. Büdcəyə əlavələrə uyğun olaraq, seçkilərin keçirilməsi və statistika tədbirləri üçün xərclər də artırılır. Müəyyən edilən məbləğə əsasən, həmin tədbirlər üçün xərclər 20 484 078 manatdan 29 638 331 manata qaldırılır.
Bu addım ilin sonuna kimi ölkədə seçkilərin keçiriləcəyi barədə iddiaları yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə dolaşan iddialarda ölkədə referendum keçiriləcəyi, növbədənkənar parlament seçkilərinin təşkil ediləcəyi və ya Milli Məclisin boş qalan dairələrinə təkrar seçkilərin olacağı önə çəkilir. Lakin bəzi ekspertlərin fikrincə, hazırki durumda heç bir seçkilərdən söhbət getmir və əlavə təyin edilən vəsait sadəcə azad edilmiş ərazilərdə seçki məntəqələrinin formalaşdırılmasına başlamaq üçün sərf olunacaq.
Mövzu barədə Modern.az-a danışan deputatların fikrincə, parlamentə növbədənkənar seçkilərin keçirilməsi müzakirə mövzusu deyil və bununla bağlı iddialar həqiqəti əks etdirmir......
.....Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə düşünür ki, vəsaitin konkret hansı istiqamətə yönləndiriləcəyini demək çətindir:
“Ola bilər, əlavə vəsaitin müəyyənləşdirilməsi maaşların artırılması, seçki komissiyasında, dairələrdə maaş alan işçilərə əlavə ödənişlərin tətbiqi ilə bağlıdır. Milli Məclisin boş dairələrinə təkrar seçkilər də keçirilə bilər. Amma bununla bağlı hələlik qərar olmadığından şərh etmək çətindir.
Azad edilmiş ərazilərdə seçki məntəqələrinin formalaşdırılmasına gəlincə, artıq bu proseslər üçün başlamaq olar. Ümumilikdə büdcə artımı çox müsbət haldır. Böyük Qayıdış, müdafiə xərcləri ilə və digər sahələr üzrə vəsaitlər artırıldı. Əlavə büdcəyə gələn vəsait düzgün istiqamətlərə xərclənir. Qazilərimizin psixoloji reabilitasiyasına da ciddi diqqət yetirilməsini istəyərdim”......
Aysel Aslan
Moder.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə