Partiya  907-ci düzəlişin aradan qaldırılmasına lobbi qrupları imkan vermir-
Deputat deyir ki, bu qruplar ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar
ABŞ dövləti Prezident İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra regionda yaranmış yeni reallıqların fərqindədir. ABŞ prezidenti Cozef Baydenin son aylar iki dəfə Azərbaycan liderinə məktubunda qarşıdan gələn illərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə etməsi Ağ Evin hazırkı sahibinin Azərbaycan dövlətinə və onun liderin, siyasətinə verdiyi böyük dəyər hesab oluna bilər.
ABŞ Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əldə etdiyi böyük nailiyyətlərə böyük önəm verir. Diqqətçəkən məqam da məhz bundan ibarətdir ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət təkcə ölkəmizin inkişafı və çiçəklənməsinə deyil, Azərbaycanla tərəfdaşlıq edən bütün dövlətlərə də böyük faydalar vəd edir. Prezident İlham Əliyevin müstəqillik günü ilə bağlı ABŞ lideri Cozef Baydenə göndərdiyi məktubda da bu məsələyə xüsusi diqqət yetirilib. “Bu gün Azərbaycanla ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır. Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik” deyə, məktubda bildirilir.
907-ci düzəliş ləğv oluna bilərmi? - Ermənilərə ən böyük zərbəni vurmaq vaxtıdır
Ekspertlərə görə, Vaşinqton əlaqələrin yeni mərhələsi üçün bəzi zəruri addımlar da atmalıdır. Bunun üçün isə əsas olaraq, 907-ci düzəlişin birdəfəlik ləğvidir ki, Ağ Ev bunu etmir. Düzəliş ümumilikdə Azərbaycan və ABŞ arasında əməkdaşlığın əsas sahələrində - enerji sektorunda, təhlükəsizlik sahəsində qarşılıqlı əlaqəni məhdudlaşdırmır. Ancaq iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafında bir maneədir. Bu düzəliş indiki şəraitdə Amerika maraqlarının reallaşdırılması üçün effektiv vasitə ola bilməz. Amerika başa düşməlidir ki, bu düzəlişdən Azərbaycan deyil, özləri uduzurlar....
Ekspertlər münasibətlərin yeni mərhələyə keçməsi üçün Vaşinqtondan hansı addımları gözləyirlər?
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə 907-ci düzəlişin ləğvinə inanmır: “Azərbaycanın bölgədə həyata keçirilən böyük layihələrdə iştirakında Amerika Birləşmiş Ştatları çox maraqlıdır. Bunun inkişafını istəyir. ABŞ-Azərbaycan münasibətləri təhlükəsizlik, enerji, nəqliyyat sahəsini əhatə edir. Bu əməkdaşlıqda Birləşmiş Ştatların çox böyük marağı var. Lakin bununla yanaşı, qeyd etməliyik ki, ABŞ-da hakimiyyət bölgüsü var. Qanunverici orqanda, Senatda, Konqresdə erməni lobbisinin çox böyük nüfuzu var. Onlar hər zaman Azərbaycana qarşı müvafiq sənədləri təqdim edirlər və ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Onların fəaliyyəti bir çox hallarda Amerikanın dövlət maraqlarına, milli təhlükəsizliyinə zidd olmaqla yanaşı, eyni zamanda ABŞ-ın imkanlarını məhdudlaşdırırlar. İnanmıram ki, yaxın müddətdə 907-ci düzəlişi ləğv etmək mümkün olsun. Çünki bu lobbi qrupu digər türkə qarşı özünü düşmən hiss edən qruplarla birləşərək buna imkan verməyəcəklər. Bu da təəssüf doğurur. Təbii olaraq, ABŞ hökuməti 907-ni qüvvədən salıb. Amma Amerikanın öz maraqlarına zidd olan 907-ci düzəlişin aradan qaldırılmasına lobbi qrupları imkan verməyəcəklər”.....
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə