Partiya  Sərt karantin xəbərdarlığı – Müzakirə-
2019-cu ilin may ayından etibarən, dünya dövlətlərinin “qapılarını” qapayan COVID-19 pandemiyasının yaratdığı sərt karantin rejimi və sosial-psixoloji gərginlikdən çıxa bilməyən insanlar bu gün yenə sərt karantin təhlükəsinin yaranma ehtimalı ilə üz-üzə qalıb. Bir çox ekspertlər blə bir qənaətlə çıxış ediblər ki, COVID-19 ölkəmizə gəlib çıxıbsa, demək onun yeni ştammının da gəlmək ehtimalı var. Eyni zamanda bildirilir ki, hələ COVID-in yeni ştammının yayıldığı barədə məlumat çox ölkələrdə təsdiqlənməyib. Ancaq hesab olunur ki, yayılma ehtimalı böyükdür və yeni ştammın yoluxuculuq qüvvəsi daha yuxarıdır. Dünyanı bürüyən qlobal gərgin proseslərin fonunda COVID-19 pandemiyası ilə bağlı növbəti sərt karantin qaydalarının tətbiqi nə dərəcədə real ola bilər və bu, siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində hansı növbəti əks zərərini vuracaq. Bu istiqamətdə birmənalı olmayan fikirlər də mövcuddur..... ......Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, əhalinin böyük bir qismində yoluxma riski kəskin artarsa, ona müvafiq olaraq karantinlə bağlı qadağalar veriləcək. Qonşu ölkələrdə 4-8 nəfər arasında yoluxma sayının artdığını bildirən deputat, bu çür artım sürəti ilə koronanın təkrar Azərbaycana da gəlib çatma ehtimalını istisana etməyib: “Beynəlxalq Səhiyyə Təşkilatı təhlükələrlə bağlı məlumatlar yayıb və Avropa Birliyi ölkələrində, artıq 60 yaşdan yuxarı vətəndaşlara buster vaksinasiyasının həyata keçirilməsi ilə bağlı qərar verilib. Azərbaycanla bağlı qərarlar da ümumi epidimiloloji vəziyyətlə bağlı olacaq. Əgər böyük ehtiyac olarsa sərt karantinlə bağlı qərarlar ola bilər”. A.Mollazadə hesab edir ki, pandemiya ilə bağlı vəziyyət ağırlaşarsa, Azərbaycanı qorumaq üçün sərhədlri də qapana bilər. “Ümidvaram ki, müəssisələrin bağlanması ilə bağlı qərarlar olmaz”..... Hafta.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə