Partiya  Rusiya və onun “5-ci kolon”u haqda daha bir xəbərdarlıq - nə baş verir?-
.....Demokratik İslahatlar Partiyasının rəhbəri, deputat Asim Mollazadə bu məsələdə rahatdır: “O qüvvələr ki, düşünürlər silah gücü ilə Sovet İttifaqını bərpa edə biləcəklər, buna qadirdirlər, onlar çox ciddi yanlış düşüncəyə malikdirlər. Bu, heç zaman mümkün olmayacaq. Bir məsələni xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün Ukraynada xalq öz müstəqilliyi, azadlığı uğrunda mübarizə aparır. İmperiyalar dövrü artıq bitib. Heç bir imperiya yenidən peyda olub, heç bir ərazini işğal edə bilməyəcək. Bu baxımdan Azərbaycana heç bir təhlükə görmürəm. Ölkəmizə qarşı müxtəlif iddialarla hansısa qüvvələr hərəkətə keçəcəksə, onlar məhv ediləcək. Azərbaycan kifayət qədər güclü dövlətdir, güclü dostları, müttəfiqləri var. Buna görə də heç bir imperiya ölkəmizi yenidən zəbt edə bilməyəcək. ”Beşinci kolon" haqqında deyilənlərə gəlincə, deyə bilərəm ki, Azərbaycan güclü dövlət olduğu üçün istənilən “kolon”la bacara bilər"......
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə