Partiya  “Siyasi partiyalar haqqında” yeni qanunda nələr OLACAQ...-
Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlament sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.
Həmçinin, Milli Məclisin Mətbuat Xidmətinin yaydığı məlumatda “bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunur", - deyə bildirilib.
"Siyasi partiyalar haqqında" yeni qanunda hansı məqamlar yer alacaq?
.....Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə bildirib ki, qanunu bugünkü vəziyyətə uyğunlaşdırmaq lazımdır:
“Siyasi partiyaların daha geniş imkanlarını müəyyənləşdirməliyik. Çünki ölkədə çoxpartiyalı sistem güclənməli, partiyaların imkanları artırılmalıdır. Qanunda müvafiq dəyişikliklər etməklə bugünkü vəziyyətə uyğunlaşma aparılmalı idi. İndi tapşırıq verilib, iş aparılır. Ümidvaram ki, yaxın müddətdə qanun parlamentə təqdim ediləcək və müzakirələrə çıxarılacaq”.
Modern.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə