Partiya  Asim Mollazadə: “Digər milli azlıqlar kimi ermənilərə də eyni hüquqları verə bilərik”-
.....Deputat Asim Mollazadə “Yeni Müsavat”a vurğuladı ki, ABŞ-ın rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan ibarətdir. A.Mollazadənin sözlərinə görə, Azərbaycan da beynəlxalq hüquq normalarına uyğun olaraq, ölkədəki milli azlıqların haqlarını qoruyur: “Azərbaycanda digər dini və milli azlıqlar firavan yaşayır. Ermənilərə də bu aiddir. Məsələ odur ki, Ermənistan torpaqlarımızı işğal etmişdi, 30 ildə Minsk Qrupu münaqişənin həllinə töhfə verə bilmədi, ”siyasi turizm"lə məşğul oldu. İndi Azərbaycan ərazi bütövlüyünü bərpa edib, digər milli azlıqlar kimi ermənilərə də eyni hüquqları verə və təhlükəsizliyini təmin edə bilərik. Ancaq söhbət terrorçu və revanşist qüvvələrin təxribatından gedirsə, Azərbaycan buna dözə bilməz".
Deputat bildirdi ki, sülhməramlılar üçtərəfli sənəd əsasında bölgəyə yerləşib və 10 noyabr anlaşmasında göstərilən bütün müddəalar reallaşmalıdır: “Onların 5 il ərzində fəaliyyət göstərmək hüququ var və zamanı gəldikdə müvafiq qərar qəbul olunacaq. Rəsmi Bakı sazişin bütün bəndlərinin icrasını tələb edir, torpaqlarımızda hansısa silahlılar qala bilməz və sülhməramlılar da üzərinə düşən işi icra etməlidirlər. Hazırda şərtlər tam yerinə yetirilməyib”. Vaşinqtonun həmsədrlik institutunu bərpa etmək səylərinə gəlincə, A.Mollazadə dedi ki, Minsk Qrupu mövcud deyil: “Hansı ölkə sülh müqaviləsinin imzalanması prosesinə töhfə versə, ona hörmətlə yanaşacağıq. Amma tarixə qovuşmuş Minsk Qrupu reanimasiya edilə bilməz. Ona görə bu problemi illərlə çarə tapa bilməyən qüvvələr yalnız beynəlxalq qanunvericiliyə əsaslanmalıdır”.....
Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə