Partiya  Azərbaycanda partiyalar arasındakı siyasi mədəniyyət: Savaşdan barışa...-
70 illik sovet əsarətindən sonra müstəqilliyini əldə edən Azərbaycan birdən-birə təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid etdi.
90-cı illərdə ölkə siyasi səhnəsinin əsas aktorlarına çevrilən AXCP, Müsavat Partiyası və YAP müstəqil Azərbaycanda yeni eranın başlanmasına qədəm qoydular.
Lakin bu məsələdə baş verən proseslər partiyalararası münasibətlərin kəskinləşməsinə və düşmənçilik tendensiyasının yaranmasına səbəb oldu.
İllərdir bir-birinə düşmən kəsilən müxalifət-iqtidar münasibətlərinin son 2 ildə tənzimlənməsi, barışmaz rəqiblərin eyni avtobusda Şuşaya səfər etməsi onun göstəricisidir ki, Azərbaycan dünyada yaranmış yeni geosiyasi reallıqlara qarşı fərqli addımlar atmaq niyyətindədir.
Artıq görünür ki, bir zamanlar qatı düşmən olan müxalifət-iqtidar cütlüyü son dönəmlər əsas bir məsələyə – ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsinə önəm verirlər.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə də eyni rəyi bölüşür.
DİP sədri hesab edir ki, bu istiqamətdə ölkədə rəngarəng siyasi və demokratik sistem formalaşdırmaq üçün siyasi partiyaların xüsusi rolu var.
Rəngarəng siyasi sistem
“Siyasi sistem formalaşdıraraq hər şey yüksək siyasi mədəniyyət çərçivəsində olmalıdır, qarşılıqlı anlaşma, yəni partiyalararası fikir ayrılığı hansısa bir münaqişəyə səbəb olmamalıdır; normal diskussiya mədəniyyətinin olması vacibdir”.
Gənclik yeni siyasi mədəniyyəti öyrənməlidir
“Burada məişət mədəniyyətinin səviyyəsini də önəmli hesab edirəm. Bilirsiniz ki, bütün postkommunist, postsovet, qısacası, təkpartiyalı sistem təfəkkürü olan ölkələr də belə problemlərlə rastlaşıb və bu, indi də davam edir.
Bunun üçün də bu istiqamətdə çoxlu işlər görmək lazımdır, eləcə də müəyyən qədər siyasi partiyalar müvafiq təbəqələrin, xalqın istəklərini inkişaf naminə ifadə etməlidirlər. Bu sahədə yeni ənənələrin və mədəniyyətin yüksək səviyyəsinə böyük bir ehtiyac var. Ən əsası isə hesab edirəm ki, gəncliyin yeni siyasi mədəniyyət sistemi ilə bağlı bilikləndirilməsi mütləq şəkildə zəruridir”......
Rafi MÜSLÜMOV
YeniSabah
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə