Partiya  Deputatlardan Türkiyə-İsrail barışığına REAKSİYA-

Türkiyə ilə İsrail arasında diplomatik əlaqələrin bərpası və normallaşma prosesinə rəsmən start verilib. Tərəflər uzun sürən danışıqlardan sonra qarşılıqlı olaraq hər iki ölkədə səfirliklərin açılması barədə yekun razılığa gəliblər. Türkiyə və İsrail rəhbərləri mətbuata açıqlamalarında barışığın əldə olunmasını müsbət addım kimi qiymətləndirib, münasibətlərin qaydasına düşəcəyinə əmin olduqlarını söyləyib. 

 

Siyasi proseslər göstərir ki, qardaş Türkiyə ilə strateji müttəfiqimiz İsrail arasında buzların əriməsində Azərbaycanın rolu böyükdür. Rəsmi Bakı barışcıl mövqedən çıxış edərək Ankara və Təl-Əvivin bir araya gəlməsi üçün müxtəlif platformalarda ciddi səylər göstərib. Bu mənada deyə bilərik ki, Türkiyə-İsrail barışığına üçüncü tərəf olaraq ən çox sevinən məhz Azərbaycandır. 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan-İsrail Parlamentlərarası işçi qrupunun üzvü Asim Mollazadə bildirib ki, qardaş Türkiyə ilə dost İsrail arasında münasibətlərin inkişafı, səfirliklərin açılması Azərbaycanın maraqlarına uyğundur:

 

“Biz barışıq prosesini alqışlayırıq. Əminəm ki, İsraillə Türkiyə arasında təhlükəsizlik və iqtisadiyyat sahəsində çoxşaxəli münasibətlərin potensialı var. Bu münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına uyğundur. Bundan başqa, Türkiyə və İsrail enerji, nəqliyyat, yüksək texnologiyalar sahəsinə böyük maraq göstərirlər. Türkiyə-İsrail münasibətlərinin bərpası və inkişafı bölgəmizə böyük sabitlik gətirə bilər”.

 

Deputat hesab edir ki, bundan sonra əlaqələr qarşılıqlı şəkildə inkişaf edəcək:

 

“Əlbəttə, bu da Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan həmişə çalışıb ki, bizə qardaş olan ölkə ilə, dost və müttəfiq İsrailin münasibətləri yüksək səviyyədə olsun. İndi bu prosesin başladığını görürük. Azərbaycan Türkiyə-İsrail əlaqələrinin inkişafında maraqlıdır. Düşünürəm ki, hər iki ölkənin münasibətlərinin normallaşmasında Azərbaycanın da müəyyən qədər rolu var”.....


Modern.az

Turqay MUSAYEV

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə