Partiya  Milli Məclisin deputatları Avstraliyada səfərdə olacaqlar-

Bakı, 13 oktyabr, AZƏRTAC

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə oktyabrın 15-dən 24-dək Avstraliyada səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputatlar Pert şəhərində Azərbaycanın fəxri konsulluğunun açılış mərasimində və Qərbi Avstraliyada Azərbaycanın Avstraliyadakı səfirliyinin ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar təşkil edəcəyi tədbirlərdə iştirak edəcəklər. Səfər çərçivəsində deputatlar, həmçinin Avstraliya parlamentində olacaq, burada Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan geniş tədbirdə iştirak edəcəklər.

Nümayəndə heyətinin parlament və hökumət üzvləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə