Partiya  Mirziyoyevin Əliyevə zəngi - Bakı Şanxay Əməkdaşlıq Təşkilatına doğru...-
Prezidentlər Səmərqənddə keçiriləcək zirvə görüşünün gündəliyini nəzərdən keçiriblər , Azərbaycanın bu platformada yer alması Rusiyanın marağındadır - siyasətçilərin fərqli baxışı
Məlum olduğu kimi, avqustun 23-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. “Yeni Müsavat” xatırladır ki, telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Telefon söhbəti zamanı regional gündəliyə dair fikir mübadiləsi də aparılıb. Qarşıdakı çoxtərəfli görüşlərin, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənddə baş tutacaq zirvə görüşlərinin qrafiki və gündəliyi nəzərdən keçirilib.
Bəllidir ki, hazırda Şanxay Əməkdaşlıq Təşkilatına Özbəkistan sədrlik edir. Amma bu ölkənin sədrlik dönəmi pandemiyaya təsadüf etdiyindən zirvə toplantısını keçirmək mümkün olmayıb. Gələn ay isə artıq liderlər səviyyəsində sammit keçiriləcək. Böyük ehtimalla da, telefon danışığı zaman Azərbaycan Prezidenti zirvə görüşündə iştirak üçün dəvət edilib. Bu gün ŞƏT dünyanın ən böyük regional təşkilatıdır. ŞƏT-in yaradılması haqda bəyannamə 2001-ci ilin iyununda Şanxayda altı dövlət - Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Təşkilatın işində dörd müşahidəçi ölkə - Əfqanıstan, Belarus, İran və Monqolustan, altı dialoq tərəfdaşı Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka iştirak edir. Sentyabr sammitində Belarus və İranın ŞƏT-ə tamhüquqlu üzv olacağı gözlənilir. ŞƏT-ə üzv ölkələrin iqtisadiyyatlarının ümumi həcmi 20 trilyon dollara yaxındır ki, bu da 21 il əvvəllə müqayisədə 13 dəfə artım deməkdir. Təşkilatın ərazisi dünyanın ən böyük istehlak bazarıdır.
Onu da xatırladaq ki, Azərbaycan 2016-cı ildə dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini başa çatdırıb. İndi isə Bakı ŞƏT-dəki statusunun daha da yüksəlməsini istəyir. Siyasi analitiklər hesab edir ki, Azərbaycanın ŞƏT-də yer alması Moskvanın maraq dairəsindədir. Daha əvvəl Moskva rəsmən bəyan edib ki, Bakı ilə bu məsələdə koordinasiyanın gücləndirilməsini istəyir və Azərbaycanın bu təşkilatda statusunun müşahidəçi səviyyəsinə qaldırılmasına dəstək verəcək. Bu arada əsasən, Şərq ölkələrini birləşdirən təşkilatla münasibətlərin daha da genişləndirilməsi Azərbaycan təhlilçiləri arasında fərqli baxış ortaya qoyub. Bəzi təhlilçilər Azərbaycanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün bu təşkilatla əməkdaşlığına ehtiyac görmür, bunun iqtisadi deyil, “siyasi motivli” olduğunu düşünür. Buna etiraz edənlər isə addımın “uğurlu əməkdaşlıq” olduğunu hesab edir.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan qardaş türk ölkələri ilə əməkdaşlığı ciddi şəkildə genişləndirməkdədir. Onun sözlərinə görə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanla təmaslar artıb: “Təbii ki, dialoq tərəfdaşı kimi həmin təşkilatda fəaliyyəti davam etdirməyi daha düzgün hesab edirəm. Azərbaycanın nəqliyyat dəhlizləri böyük əhəmiyyət kəsb edir, Avropa ilə Asiya arasında yol alması, Türkiyə ilə birgə addımlar atılması çox mühümdür. Amma hansısa təşkilata üzvlük hələlik gündəmdə deyil, əməkdaşlıq, dialoq formatında əlaqələr davam etdirilir. Biz tərəfdaşlığın üzərində siyasət qururuq, Türkiyə də bu platformaya üzv olmayıb. Azərbaycan türkdilli ölkələrlə yaradılan birliyin inkişaf etdirilməsini dəstəkləyir”....
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə