Partiya  ABŞ və Fransa regionda separatizmi dəstəkləyir-
Xəbər verdiyimiz kimi, xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twiter" hesabında bildirib.
Ümumilikdə, bu səfərdə 160 daimi və qeyri-rezident diplomatik korpusun nümayəndələri iştirak edib. Məlumata görə, yolboyu diplomatik korpusun nümayəndələri minalardan təmizləmə əməliyyatlarını və kütləvi bərpa işləri ilə tanış olacaq, xüsusi nümayəndələrin təqdimatlarını dinləyəcəklər. Bu tədbirdə həm Bakıda olan rezident səfirlər, həm də Ankara, Tehran və Moskvada fəaliyyət göstərən non-rezident səfirlər iştirak edib. Səfərdə Britaniya, Niderland, İsveç, Polşa, Macarıstanın, Bolqarıstan, Serbiya, Çexiya, İtaliya, Bosniya və Hersoqovinanın, Portuqaliya, Litva, İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Ukrayna, Qətər, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin, İndoneziya, Meksika, Argentina, Braziliya, Dominikan, Liviya, Mərakeş, Sudanın Bakıdafı səfirliyiin əməkdaşları, habelə Danimarka, Albaniya, Monteneqro, Bəhreyn, Yəmən, Monqolustan, Filippin, Yeni Zelelandiya, Panama, Qvatemala, Çad, Qvineya, Salvador, Somalinin Ankaradakı, Uqandanın Tehrandakı, Namibiya və Kamerunun Moskvadakı səfirləri iştirak edib. Buna baxmayaraq, özlərini dünyanın aparıcı dövlətləri hesab edən ABŞ və Fransa kimi ölkələrin Azərbaycandakı səfirliyi yenə də Şuşa səfərində iştirak etməyib. Hansı ki, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən ikisidir.
Uzaq ölkələrdən səfirlər belə həmin tədbirə qatılsa da, ABŞ və Fransanın orada olmaması bu dövlətlərin riyakarlığının, yanlış diplomatiyasının nəticəsidir. Bu həm də onun göstəricisidir ki, sözügedən iki ölkə regionumuzda sülhün bərqərar olması, münaqişənin tam şəkildə həllində maraqlı deyillər. Onlara bölgədə qarşıdurmanın qalması sərf edir. ABŞ və Fransa səfirlikləri tərəfindən edilən bu çirkin hərəkət Azərbaycan xalqına, onun dövlətinə, ərazi bütövlüyünə hörmətsizlik, qərəzli mövqe, etinadsızlıq kimi qiymətləndirilməlidir. Görünür, 30 il ərzində heç bir işə yaramayan Minsk qrupunun prosesdən kənarlaşdırılması ABŞ-ın Fransanın ürəyincə olmayıb. Ona görə də diplomatik fəaliyyətə yaraşmayan bu addımı atıblar.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə ABŞ və Fransa səfirlərinin həmin hərəkətini ölkələrində erməni diasporunun güclü olması ilə əlaqələndirdi:
"Fransa və ABŞ səfrilərinin belə bir hərəkəti həmin ölkələrdəki böyük və siyasi təsirə malik olan erməni diasporunun təsirinin nəticəsidir. Fransa parlamenti və ABŞ Konqresində erməni lobbi qrupları böyük təsirə malikdirlər. Bir məsələni də nəzərə almaq lazımdır ki, noyabrda ABŞ-da seçkilər olacaq. Bu seçki amili isə lobbi qruplarının təsirini daha da artırır. Əlbəttə ki, həmin səfirliklərin belə hərəkəti ölkəmizə hörmətsizlik göstərmələrinin nəticəsidir. Diplomatik turist kimi fəaliyyət göstərən Minsk qrupunun münaqişənin həllində heç bir səy göstərə bilməməsi də bununla bağlıdır”. ......
Rüfət Sultan
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə