Partiya  8 ayda 11 milyard dollarlıq ticarət dövriyyəsi-

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri münasibətlərin daha da inkişafına müsbət impuls verəcək

Azərbaycan və İtaliya arasında əlaqələr tarixi köklərə dayanır və ildən-ilə inkişaf etməkdədir. Bu il isə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin 30 illiyidir. İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur. Azərbaycanla İtaliya arasında dostluq, əməkdaşlıq münasibətlərinin formalaşmasında təbii ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin böyük rolu var.
İki ölkə arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərində İtaliya şirkətləri də yer alır.
Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Eyni zamanda ölkəmiz İtaliyanın əsas neft və neft məhsulları təchizatçısıdır. Bundan başqa, iqtisadiyyatın müxtəlif sahələrində dinamik inkişaf edən əlaqələri görmək olar.
Sentyabrın 1-2-də Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işğüzar səfəri əlaqələrin daha da inkişafına müsbət impuls vermiş oldu. Dövlət başçısının İtaliyaya səfəri zamanı İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi də keçirildi. Bu da iki ölkə arasında əlaqələrin yeni səhifəsi kimi qiymətləndirilir. Dövlət başçısı vurğulayıb ki, təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq: "İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq". Dövlət başçısı həmçinin vurğulayıb ki, bu universitet İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq.

Prezidentin İtaliyaya səfəri münasibətləri yeni səviyyəyə yüksəldəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə qeyd edir ki, İtaliya Avropa İttifaqı ölkələri arasında Azərbaycanın iqtisadi sahələr üzrə əməkdaşlıq etdiyi ən etibarlı tərəfdaşdır.
Deputatın sözlərinə görə, iki dövlət arasındakı əməkdaşlığın tarixi kökləri var və uzun illərdir ki, yüksək münasibətlər davam edir. Azərbaycan və İtaliya arasında əməkdaşlıqla bağlı bir çox sənədlər imzalanıb. Eyni zamanda bu istiqamətdə daim görüşlər keçirilir.
Asim Mollazadə vurğulayır ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında uğurla davam etdirilən əməkdaşlığı daha da gücləndirəcək: "Bu səfər Azərbaycan və İtaliya arasındakı münasibətləri yeni səviyyəyə daşıyacaq. Görüş zamanı İtaliyanın Nazirlər Şurasının Sədri Mario Draqi də münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışında da iştirak edib. Səfirlik ölkələrimiz arasında iqtisadiyyat, siyasət və digər sahələrdə əməkdaşlığın inkişafına xidmət edəcək. Eyni zamanda İtaliya-Azərbaycan Universiteti ilə bağlı akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadilə mərasimi baş tutub".
Deputat bildirir ki, bu həm də İtaliya ilə təhsil sahəsində əlaqələrin genişlənəcəyindən xəbər verir. İtaliyanın ən nüfuzlu universitetlərinin Azərbaycanın ADA Universiteti ilə əməkdaşlığı ölkəmizdə təhsil səviyyəsinin güclənməsinə təkan verəcək.
Ümumiyyətlə isə Azərbaycan-İtaliya əməkdaşlığı hər iki ölkənin mənafeyinə xidmət edir. Ölkəmiz İtaliyanın enerji təhlükəsizliyində böyük rol oynayır və bu rol getdikcə artmaqdadır......

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə