Partiya  Asim Mollazadə Vətən Müharibəsi qaziləri ilə görüşüb, şəhid anaları ziyarət edilib-

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 8 noyabr – Zəfər Günü münasibətilə 22 saylı Nəsimi İkinci Seçki Dairəsi ərazisində yaşayan qazi seçicilərlə görüşüb.

Millət vəkili onları  8 noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Qeyd edib ki, qazilər bu gün təbriki ən çox haqq etmiş insanlardır. Çünki onlar vətən torpaqlarının işğaldan azad edilməsinə öz canı, qanı, əyilməz iradəsi ilə töhfə veriblər. Onların döyüş yoldaşları ilə birgə göstərdiyi şücaət sayəsində ordumuz bu rəşadətli qələbəni qazanmağa müvəffəq olub.

“Hər biriniz xalqımızın qürurunun özünə qayıtdığı, 30 illik işğala son qoyulduğu və dövlətimizin ərazi bütövlüyünün bərpa edildiyi 44 günlük savaşın yekunu olan bu möhtəşəm günün memarlarısınız. Sizə olan borcumuz heç nə ilə ödənməz. Qarşınızda baş əyir, Sizə xidməti vətənə xidmətin bir parçası hesab edirik”, - Asim Mollazadə deyib.

Qazilər də öz növbələrində bu təbrikə və onların problemləri ilə daim maraqlandığına görə Asim Mollazadəyə təşəkkür ediblər.

Qeyd edək ki, bu gün həmçinin Demokratik İslahatlar Partiyasının üzvləri şəhid analarını ziyarət ediblər.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə