Partiya  Sərkərdə qətiyyətinin təzahürü-
Prezidentin Şuşadan səsləndirdiyi bəyanat Azərbaycanın mövqeyinin prinsipial və qətiyyətli olduğunu bir daha təsdiqlədi
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 7-də Füzuli rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hissədə yaradılmış şəraitlə tanış olub, noyabrın 8-də isə Şuşaya səfər edib. Prezidentin Zəfər Günündə növbəti səfərləri və qətiyyətli çıxışı 44 günlük Vətən müharibəsindəki uğurlu daxili və xarici siyasətin, xalqımızın milli birlik nümunəsinin davamı hesab edilə bilər.
Prezident Şuşa səfərində hərbçilər qarşısında çıxış edərkən bir daha ordumuzun və xalqımızın qəhrəmanlığından bəhs edib. Bildirib ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir: "Hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür".
Prezidentin Qarabağa səfərləri işğaldan azad edilmiş ərazilərin sürətlə dirçəldilməsinə xidmət edir
Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qeyd edib ki, Prezident İlham Əliyevin Füzulidə "N" saylı hərbi hissədə olması və Zəfər Günündə Şuşada keçirilən bayram tədbirində iştirakı onun sarsılmaz iradəsinin və qətiyyətinin növbəti təzahürüdür: "Azərbaycan dövləti bütün gücünü ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyinin qorunması üçün Silahlı Qüvvələrin ən müasir hərbi texnika ilə təmin edilməsinə, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldib. Bununla yanaşı, Azərbaycan xalqının və dövlətinin qarşısında Böyük qayıdış layihəsi dayanır. Dövlət işğaldan azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru qoruyur, həmin ərazilərdə ən müasir "ağıllı şəhər və kəndlər" inşa edir. Prezidentin Zəfər bayramı ərəfəsindəki Füzuli və Şuşa səfərləri, noyabrın 7-də Füzulidəki hərbi hissədə yaradılan şəraitlə tanış olması, noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə, ölkəmizin ərazi bütövlüyünün qorunmasına xidmət edir".
A.Mollazadə bildirib k, Prezident İlham Əliyev Şuşadakı çıxışında ölkəmiz əleyhinə təxribat törətmək istəyən qüvvələrə bir daha xəbərdarlıq etdi, bir sıra vacib məqamlara toxundu: "Dövlət başçısı bildirdi ki, bizi 44 günlük Vətən müharibəsində qələbəyə aparan güclü iradə, Vətən sevgisi və hərbçilərimizin peşəkarlığı idi. Prezidentin sözlərinə görə, müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik". Deputatın dediyinə görə, görünən odur ki, ölkəmiz əleyhinə təxribat törətmək istəyən qüvvələrin, Ermənistana havadarlıq edənlərin layiqli cavab almaları üçün Azərbaycanın kifayət qədər gücü var.
"Ali Baş Komandanımız çıxışı zamanı Vətən müharibəsində və ondan sonrakı dövrdə dövlətimizin qazandığı uğurlardan, həyata keçirilən məqsədyönlü daxili və xarici siyasətdən də bəhs etdi. Prezident Azərbaycan Ordusunun müharibədə göstərdiyi şücaətdən, xalqımızın milli birlik kimi şanlı tarixin yazılmasına verdiyi töhfələrdən söz açdı. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi altında gündən-günə güclənir və müstəqilliyimizin əbədi olması üçün əsaslı zəmin yaranır", - deyə deputat qeyd edib......
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə