Partiya  Səmərqənd sammiti göstərdi ki… - Deputatların şərhi-
Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü önəmli məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə türk dünyası və ümumdünya siyasi prosesləri ilə əlaqədar önəmli mesajlar, bölgə üçün əhəmiyyətli qərarlar diqqət çəkirdi....
.....eputat Asim Mollazadənin sözlərinə görə, Azərbaycan üçün Türk dövlətlərinin birliyi həmişə mühüm əhəmiyyət kəsb edib. Azərbaycan çalışıb ki, türk dövlətlərinin əməkdaşlığına nail olunsun:
"Xatırlatmaq istəyirəm ki, məhz Naxçıvan bəyanatından sonra bu təşkilat formalaşmağa başlayıb. Səmərqənddə keçirilən Zirvə toplantısını yüksək qiymətləndirirəm. İlk növbədə ona görə ki, artıq Türk Dövlətləri Təşkilatının hərbi, müdafiə sahəsində əməkdaşlıq istiqaməti daha da genişləndi. Bundan öncə daha çox mədəniyyət, iqtisadiyyat sahələrini əhatə edən təşkilat artıq təhlükəsizlik, hərbi sənaye və s. sahələrdə əməkdaşlığı da prioritet sahə kimi qəbul etməyə başladı. Bu isə artıq təşkilatın gücünün təzahürüdür.
Bununla yanaşı, qeyd edim ki, Azərbaycan Prezidentinin verdiyi mesajların sonunda türk dövlətlərinin xaricində yaşayan türklərin hüquqları, onların öz dillərini, mədəniyyətlərini qorumaq imkanları bu təşkilat tərəfindən xüsusi vurğulandı. Bu istiqamətdə əməkdaşlıq önəm daşıyır. Milyonlarla Azərbaycan türkü öz dilində təhsil almaqdan, mədəniyyətini inkişaf etdirməkdən məhrum olub. Mənə elə gəlir ki, Türk Dövlətləri Təşkilatı bunun üçün də müəyyən addımlar ata biləcək.
Önəmli məqamlardan biri də ortaq İnvestisiya Fondunun yaradılmasıdır. Artıq Türk dövlətləri özlərində keçirilən müxtəlif layihələrin maliyyələşməsini bu fond sayəsində təmin edə biləcəklər. Bu da bizim əməkdaşlığımızı daha da sıxlaşdıracaq. Zəngəzur dəhlizinin açılması isə bütün bunların fonunda əhəmiyyətlidir".
Aysel Aslan
Modern.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə