Partiya  Demokratik İslahatlar Partiyası Azərbaycan əleyhinə qətnaməni pisləyib-
Demokratik İslahatlar Partiyası Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni pisləyən bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Fransa Senatında qəbul edilmiş, Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə açıq təxribat xarakteri daşıyır. Bu, təkcə Azərbaycan və Fransa dövləti arasındakı normal münasibətlərə xələl gətirmir, həm də Azərbaycanla Ermənistan arasında sülh prosesinə öz töhfəsini vermək iddiasında olan Fransanın ermənipərəst, qərəzli və birtərəfli mövqeyini ortaya qoyur.
Fransada yaxşı bilirlər ki, belə mövqe və münasibətlərin Cənubi Qafqaz regionunda sülhyaratma prosesinə, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınmasına ciddi zərbə vurur, revanşist qüvvələri Azərbaycana qarşı növbəti hücumlara və separatçılığı dərinləşdirməsinə həvəsləndirir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 il ərzində həll edilməməsinin başlıca səbəblərindən biri də məhz Fransanın Ermənistanı müdafiə edərək, status-kvonu saxlamaq cəhdləridir. Qətnamədəki Laçın dəhlizi ilə bağlı bənd isə onun müəlliflərinin, uzun illər Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun üzvü olmuş Fransanın siyasi isteblişmentinin real vəziyyətdən tamamilə bixəbər olduğunu göstərir.
Afrika ölkələrində törətdiyi insanlıq əleyhinə cinayətləri etiraf etmək, təbii sərvətlərini taladığı ölkələrə kompensasiya ödəmək əvəzinə, Fransa Azərbaycanı törətmədiyi əməllərdə günahlandırır, göz önündəki faktları təhrif edir.
Odur ki, Fransa Senatının qəbul etdiyi qətnaməni qətiyyətlə pisləyir və onun geri götürülməsini tələb edirik. Eyni zamanda Fransanı ədalətli olmağa, faktları təhrif etməməyə, erməni lobbilərinin pulu və təsiri altında Azərbaycanla münasibətləri korlamamağa çağırırıq”.
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə