Partiya  Fransanın riyakarlığı-

Bu ölkə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçi ola bilməz

 

Noyabrın 15-də Fransa senatı Azərbaycana qarşı bədnam qətnamə qəbul edib. Bu qətnamə Fransanın siyasi riyakarlığının növbəti təsdiqi oldu. Bir daha göründü ki, bu ölkə Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesində vasitəçi ola bilməz. Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.....


.....Fransada hökm sürən siyasi korrupsiyanın nəticəsi

 

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin sözlərinə görə, Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir: "Bütün bunların arxasında Fransada hökm sürən siyasi korrupsiya dayanır. Erməni lobbiçiliyi, erməni diasporunun hiylələri belə rüsvayçı qətnamənin qəbul edilməsini şərtləndirib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Fransada türkofobiya, islamafobiya və rasizm sürətlə artmaqdadır. Məscidlərə edilən hücumlar, təxminən 60 min yəhudinin ölkəni tərk etməyə məcbur edilməsi, polislərin qaradərili fransızlara qarşı çox kobud və təhlükəli reaksiyaları belə faktlardan bəziləridir. Fikrimcə, senatda qəbul edilən sənədi Fransanın Avropa dəyərlərinə zidd olan davranışlarının təzahürü adlandırmaq olar".

Deputat bildirib ki, Fransanın bəzi rəsmilərinin ölkəmizlə bağlı ittihamları tamamilə əsassızdır: "Layihədəki təklif və tələblər tarixi həqiqətləri təhrif və bölgədə yaradılmış yeni reallıqları təkzib edir. Fransa öz ənənəvi siyasətini davam etdirir, Ermənistana dəstək verməkdən çəkinmir. Azərbaycan Fransanı Cənubi Qafqazla bağlı məsələlərdə ədalətli mövqe sərgiləməyə, beynəlxalq hüquq normalarına əməl etməyə çağırır"......


Nəzrin QARDAŞXANOVA,

"Azərbaycan"

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə