Partiya  İsraildəki ilk səfirimiz - şərtlərə cavab verəcək namizədlər-
Asim Mollazadə: “Səfirlə yanaşı bütün diplomatik sistem, Azərbaycanın iqtisadiyyatı, təhlükəsizliyi ilə bağlı qurumlar da mühüm rol oynayır”
Azərbaycan parlamenti nəhayət ki, İsraildə səfilik açmaq haqda qərar verdi. Çoxdan gözlənilən qərar idi. Çünki bu həm də torpaqlarımızın azad olunmasında bizə müstəsna köməyi dəymiş - öz silahları, hərbi texnologiyaları, özəl kəşfiyyat məlumatları, verdiyi şəhidlə (Milli Qəhrəman Albert Aqarunov) və s. - yəhudi xalqına bir vəfa borcumuz idi.
44 günlük Vətən müharibəsi sonrakı dönəmdə də İsrail öz siyasəti ilə Azərbaycanın yanında olduğunu sübut etdi. Olmağa davam edir. O sırada qazilərimizin müalicəsi və işğal edilmiş ərazilərin bərpası istiqamətində yəhudi dövlətinin töhfələrini də Azərbaycan xalqı unutmayacaq. Bu mənada Bakı küçələrində Türkiyə və Pakistan bayraqları ilə bərabər İsrail bayrağının da dalğalanması təsadüfi deyildi.....
.....Bəs bu şərtlərə cavab verəcək neçə namizədimiz var? İlk səfir azərbaycanlı yəhudilərdən biri ola bilərmi?
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a dedi ki, kimin səfir təyin olunacağı ilə bağlı məsələ Prezidentin səlahiyyətidədir, seçimi o edəcək: “Amma çox müsbət haldır ki, səfirliyin açılması barədə qərar verildi və parlament bunu dəstəklədi. Burada söhbət bir səfirin fəaliyyətindən getmir. Səfirlə yanaşı bütün diplomatik sistem, burada Azərbaycanın iqtisadiyyatı ilə bağlı, təhlükəsizliyi ilə bağlı təyin edilən qurumlar da mühüm rol oynayır. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bir sıra istiqamətlərdə də Azərbaycanın diplomatik sahədə işləri gücləndirildi. Büdcədə bu istiqamətdə deputatlar tərəfindən artımla bağlı xahiş edilmişdi. Mən də parlamentdə dəfələrlə büdcə müzakirələrində bu məsələni qaldırmışdım. Çox müsbət qərarlar verilib və Azərbaycan çoxşaxəli işi, Azərbaycanı tanıtmaq istiqamətində işləri gücləndirməlidir. Bu sahəyə böyük diqqət göstərilməsinə ehtiyac var. Söhbət ondan gedir ki, Azərbaycanı sevməyən qüvvələr bu gün bizimlə müharibəni məhz bu sahədə - informasiya sahəsi, diplomatik müharibə aparır, odur ki, beynəlxalq təşkilatlarla həm də rəsmi diplomatik münasibətləri genişləndirməliyik. Bununla yanaşı, parlament diplomatiyası istiqamətində çoxşaxəli işlər görülməlidir. Və Azərbaycan öz haqlarını dünyada müdafiə etməlidir. Buna çox ehtiyac var. Nəzərə alsaq ki, bizə qarşı çox ciddi, zəngin və təşkilatlanmış xarici Ermənistan formalaşıb. Ermənistan təkcə bizə qonşu olan ölkədən ibarət deyil. Dünyada bunlardan daha güclü olan və türk nifrəti ilə yaşayan erməni təşkilatları Azərbaycana, Türkiyəyə qarşı öz müharibəsini aparırlar”.
Deputat əlavə edib ki, Azərbaycanın İsraildə əməkdaşlığın çoxşaxəli, böyük bir potensialı var: “Ümumiyyətlə, tək təhlükəsizlik, hərbi sahədən söhbət getmir, humanitar sahə, təhsil, səhiyyə, iqtisadiyyatın digər sahələri ilə bağlı İsrailin böyük təcrübəsi var. Bizim əməkdaşlığımız çox mühüm olardı. İsrailin müasir suvarma sistemləri təcrübəsi də var. Onlar demək olar ki, səhrada bütün məhsulları yetişdirə bilirlər. Azərbaycanda da çoxdan vaxt çatıb ki, su ehtiyatlarına qənaətlə yanaşılsın. Köhnə sovet meliorasiya sistemindən yeni, müasir suvarma sistemləri tətbiq etməliyik. Bu istiqamətdə İsraillə əməkdaşlıq Azərbaycanda bu resursları qorumaq istiqamətindədir, su resurslarını qorumaq istiqamətində çox mühüm nəticələr verə bilər”.....
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə