Partiya  DİP Şuşa-Xankəndi yolunda aksiya keçirənlərə dəstək verib və Rusiya sülhməramlılarına çağırış edib-

Demokratik İslahatlar Partiyası Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasına dəstək verib. Partiyanın bu barədə yaydığı bəyanatda deyilir: 

“İctimai fəalların Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki "Qızılbulaq" və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı etiraz aksiyasını dəstəkləyirik.

Azərbaycan ərazilərindəki ekoloji terrora və talançılığa təcili olaraq son qoyulmasını tələb edirik! Rusiya sülhməramlı kontingentinin bu istiqamətdəki fəaliyyətsizliyini qətiyyətlə pisləyir, onları Azərbaycan tərəfinin rəsmi qurumların birgə monitorinqi ilə bağlı haqlı tələbini yerinə yetirməyə çağırırıq!”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə