Partiya  Baltik ölkələri Laçın yolunda “ilişdilər...”-

Litva və Estoniya ittiham edir ki, ermənilərə “humanitar böhran” yaşadırıq; deputat: “Ciddi araşdırma aparmadan mövqe bildiriblər, diplomatiyanın buraxdığı səhvlər var”

Şuşa-Xankəndi yolunda ekofəalların haqlı tələblərinə bəzi ölkələrdən aşkar qərəzli münasibət sərgilənməkdədir. Özünün demokratik dəyərlərə sadiq olduğunu hər zaman az qala gözə soxan Baltik ölkələri - Litva və Estoniyanın mövqeyi buna sübutdur.

“Yeni Müsavat” qeyd edir ki, hər iki ölkə bəyanat verərək “Dağlıq Qarabağ” adlandırdıqları ərazidə kəskin humanitar böhrana səbəb olan “Laçın dəhlizinin” blokadasından dərin narahatlıq keçirdiklərini bildiriblər, bu hadisələrin hərəkət azadlığına və Cənubi Qafqazda sülh prosesinə maneçilik törətdiyini iddia ediblər. Estoniya Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması isə qətiyyən qəbuledilməzdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitterdəki paylaşımında bildirilir. “İnsanların əzab çəkmələrinə dair iddialardan qeyri-qanuni iqtisadi fəaliyyətləri ört-basdır etmək və qanunsuz hərəkətlərə qarşı fəaliyyətin qarşısını almaq üçün istifadə etmək, görünür, yeni tendensiyadır. "Blokada şəraitində" avtomobillər keçirsə, yol necə bağlanmış olur?", - deyə nazirliyin paylaşımında bildirilib.

Yeri gəlmişkən, Bakı həmişə Baltikyanı ölkələr - Latviya, Estoniya, Litva ilə strateji dostluğa söykənən münasibətlər qurmaq əzmində olduğunu bildirib və onu əminliklə göstərib. Yada salaq ki, əksər litvalı siyasətçilər, politoloqlar və jurnalistlər 44 günlük müharibədə də Azərbaycanı Qarabağı qaytarmaq üçün hərbi yol seçdiyinə görə tənqid edirdilər. Qarabağın beynəlxalq hüquqa görə Azərbaycana məxsus olması, rəsmi Bakının çox uzun müddət və səbirlə gözlədiyi, lakin Qərbin köməyini görmədiyi - bütün bunlar məharətlə arxa plana atıldı. Rəsmi olaraq, həm Litva, həm Estoniya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Amma pərdəarxası fəaliyyət tam əksinədir.

Belə ki, işğal dövründə Ermənistan vasitəsilə qanunsuz olaraq Qarabağa gedən və geri qayıdan litvalılar mediada “qəddar azərbaycanlıların hücumları ərəfəsində bədbəxt ermənilərin hansı mənəvi və fiziki iztirablar çəkdiyini təsvir edirlər”. Litva Prezidenti Gitanas Nauseda bu ilin mayında regiona səfəri çərçivəsində Azərbaycanda olmuşdu. Bakıda Azərbaycan-Litva biznes forumu keçirilmişdi. Estoniya parlamentinin nümayəndələri isə Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar. Amma belə görünür ki, bu səfərlər Baltik ölkələrinin mövqeyində xüsusi dəyişiklik yaratmayıb. Bu iki ölkənin belə qərəzli münasibəti nədən qaynaqlanır? Baltikyanı ölkələrin bu qərəzli münasibətinin arxasında Bakının Rusiya ilə münasibətlərinin təsiri varmı?

Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, bu ölkələrdə də erməni diasporunun, Avropa Birliyi və ABŞ-da fəaliyyət göstərən təşkilatların təsiri var: “Ona görə Litva və Estoniya ciddi araşdırma aparmadan mövqe bildiriblər. Biz faktlar və dəlillərlə onları məlumatlandırmalıyıq. Fikrimcə, burada Azərbaycan diplomatiyasının buraxdığı səhvlər var. Hesab etmirəm ki, bu dövlətlər dini təəssübkeşlikdən irəli gələrək bu cür bəyanatlar yayıblar. Əksinə, Rusiya sülhməramlılarının fəaliyyəti, Vardanyanın münaqişəni yenidən canlandırmaq üçüm addımları göz qabağındadır. Bütün bunlar yetərincə izah olunmalıdır ki, əsassız açıqlamalar olmasın”......


Emil SALAMOĞLU,
“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə