Partiya  Xalqın etibarlı Lideri-

Prezident İlham Əliyev ötən 19 il ərzində xalqın etimadını, sevgisini qazana bilib, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqliyini sübut edib. Eyni zamanda ata vəsiyyətini yerinə yetirərək Qarabağı erməni işğalından azad edib, ərazi bütövlüyümüzün təminatına nail olub. 

Siyasi partiyaların rəhbərləri Prezident İlham Əliyev barədə fikirlərini qəzetimizə bildiriblər.....


.....Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qeyd edib ki, Azərbaycan dövlətinin inkişafına əvəzsiz xidmət göstərən Prezident İlham Əliyevə etimad artırıb: "Enerji və beynəlxalq logistika-nəqliyyat sahəsində həyata keçirdiyi layihələri, ən əsası isə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməsi Prezident İlham Əliyevi dünya səviyyəsində çox önəmli bir siyasi liderə çevirib. Prezidentin çoxşaxəli islahatlar siyasəti 2003-cü ildən bəri həyata keçirilir və öz bəhrəsini verir. Ölkə rəhbərinin Azərbaycanı müasir və demokratik dövlətə çevirmək üçün atdığı addımlar dövlətimizin daxili və xarici siyasətinin inkişafı baxımından, çox mühümdür. Bütün bunların nəticəsidir ki, dövlət başçımız bu gün Azərbaycanın dinamik inkişafına nail olub, ölkə sürətlə yenilənir".

Partiya sədrinin sözlərinə görə, Prezidentin siyasi arenada tətbiq etdiyi yeni siyasi konfiqurasiya da öz müsbət nəticələrini göstərir: "Ölkənin bütün siyasi partiyalarının fəallığının artırılması istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, sosialyönümlü siyasəti, xüsusilə də Qarabağı işğaldan azad etməsi nəticəsində xalqın Prezidentə sevgisi və etimadı dəfələrlə artıb. Əminəm ki, cənab İlham Əliyevin bundan sonrakı fəaliyyəti də Azərbaycan xalqının rifahını yaxşılaşdıracaq və dövlətimizi daha da möhkəmləndirəcək. Fürsətdən istifadə edərək Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram".....


Nəzrin QARDAŞXANOVA,

"Azərbaycan"

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə