Partiya  Deputat: “Azərbaycan dövlətinə hansı münasibəti göstərirlərsə, özlərinin azərbaycanlı vətəndaşlarına da eyni şəkildə davranırlar”-
İran Türkiyənin “Kızılay” təşkilatının Xoyda baş vermiş zəlzələ ilə bağlı yardım təklifindən imtina edib. Azərbaycan dövləti də Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım etməyə hazırdır, lakin İran buna imkan vermir. Bu barədə yerli mətbuat diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində böyük dağıntılar olub, 3 nəfər həyatını itirib, 1200-dan çox sakin isə yaralanıb. Dağıdıcı zəlzələ səbəbindən Güneydən olan minlərlə azərbaycanlı evsiz qalıb.
Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib. İranın soydaşlarımızı köməksiz qoyması, Türkiyədən təklif edilən yardımı qəbul etməməsi kəskin etirazlara səbəb olub.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, İran Azərbaycanla Türkiyənin yaxınlaşmasından dolayı təşviş keçirir: “İranla Ermənistan “bacı-qardaş” kimidirlər. 30 illik işğal dövründə, tarixi Zəfərdən sonra da daim İran Ermənistana dəstək nümayiş etdirib. Bu dəstək davam edir. Təbii ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıq, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Tehranı narahat edir. Bir millət, iki dövlət reallığını həzm etmirlər”.
“Ermənilərin Türk dünyasına olan patoloji nifrəti iranlı qardaşlarına da sirayət edib. İranın Türkiyənin “Kızılay” təşkilatının Xoyda baş vermiş zəlzələ ilə bağlı yardım təklifindən imtina etməsi də bundan qaynaqlanır. Əslində Türkiyə ortaya vicdanlı mövqe qoyur. Molla rejimi isə həm bu yardıma şərait yaratmır, həm də əhalini köməksiz vəziyyətdə buraxıb”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, İran rejimi üçün vətəndaş hüquqları anlayışı mövcud deyil: “Onlar şeytanla ittifaq bağlayıblar. Etnik vətəndaşlara, əsasən də soydaşlarımıza münasibətdə bu faktor özünü aydın göstərir. Azərbaycana hansı münasibəti göstərirlərsə, azərbaycanlı vətəndaşlarına da eyni şəkildə davranırlar. Molla rejimi öz vətəndaşlarını istədiyi zaman qırıb, əzib, hüquqlarını tapdalayıb. Bu ölkə üçün insan haqları amili yoxdur”.
“Xoy şəhərində baş vermiş zəlzələdən sonra vətəndaşların Allahın ümidinə buraxılması, onlara qarşı laqeyd münasibət fars rejiminin mahiyyətini bir daha tam çılpaqlığı ilə nümayiş etdirir. Şübhəsiz ki, burada əsas məqamlardan biri də Xoy şəhərinin sakinlərinin türk olmaları ilə bağlıdır. Bu, ilk dəfə deyil ki, Güneydəki soydaşlarımıza qarşı bu cür münasibət ortaya qoyulur. İnsanların evləri dağılıb, küçələrdə qalıblar, gecələməyə yerləri yoxdur, hökumət isə bütün bunları görməməzliyə vurur”, - deyə Mollazadə vurğulayıb.....
Ayna.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə