Partiya  Rusiya-Ukrayna müharibəsinin bir ili - Azərbaycandan ekspert baxışları-
Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin bir ili tamam olur. Ekspertlər müharibənin qlobal və regional təhlükəsizik sistemində ciddi dəyişikliklərə səbəb olduğunu bildirir. Müharibə həm Ukrayna, həm də Rusiyada böyük insan itkilərinə səbəb olub. Eyni zamanda dünyada böyük güc mərkəzləri arasında münasibətlər daha da gərginləşməkdə davam edir.
Amerikanın Səsi Rusiya-Ukrayna müharibəsinin bir il ərzində hansı yeni çağırışlara səbəb olması, qlobal təhlükəsizlik sistemindəki problemlər, həmçinin Amerikanın qlobal təhlikəsizlik sisteminə töhfələri ilə bağlı Azərbaycandan baxışları təqdim edir.....
......Asim Mollazadə: Co Bayden səfəri ilə Ukraynanın azadlıq mübarizəsinə dəstək ifadə edib
Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə deyib ki, Rusiya-Ukrayna müharibəsinin çox acı nəticələri olacaq.
"Bir ildə çox böyük tələfatlar var. Ən acı odur ki, mülki insanlar, uşaqlar, qadınlar bu müharibənin qurbanları olub. Müharibə dayandırılmalıdır. Hər bir ölkənin öz ərazi bütövlüyünü qorumaq hüququ var. Ukrayna da bu gün ərazi bütövlüyü uğrunda döyüşür".
O, Amerika prezidentinin Ukrayna səfərindən danışarkən deyib ki, Co Bayden səfəri ilə Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və azadlıq uğrunda mübarizəsinə dəstək ifadə edib.
BMT-nin nizamnaməsində böyük dəyişikliklərə ehtiyac var. Eyni zamanda ilk növbədə BMT Təhlükəsizlik Şurasının formatı dəyişdirilməlidir.
Asim Mollazadə, Milli Məclisin deputatı
Deputat hesab edir ki, dünyada ənənəvi təhlükəsizlik sistemi çox zəifdir.
"Hazırki təhlükəsizlik sistemi iyirminci əsrin ortalarına hesablanıb. Bu sahədə çox ciddi işlər görmək lazımdır. Çalışmaq lazımdır ki, beynəlxalq hüquq normaları bərqərar olsun. Təhülkəsizliklə bağlı addımlar beynəlxalq hüquq normaları çərçivəsində əksini tapmalıdır. Azərbaycan məhz otuz ildir ki, beynəlxalq hüquq normalarına hörmətsizliyin qurbanı olub. Yüz minlərlə qaçqınlarımız öz evlərinə qayıda bilmir. Bu gün də biz görürük ki, haqq-ədalətin yerinə siyasi oyunlar oynanılır".
Mollazadənin fikrincə, beynəlxalq təhlükəsizlik sisteminin üzərində çox ciddi iş aparılmalıdır.
"BMT-nin nizamnaməsində böyük dəyişikliklərə ehtiyac var. Eyni zamanda ilk növbədə BMT Təhlükəsizlik Şurasının formatı dəyişdirilməlidir. Hər bir dövlətin ərazi bütövlüyü mütləq müdafiə olunmalıdır. Biz görürük ki, vaxtaşırı böyük dövlətlərin hərbi müdaxiləsi olur və BMT-nin qərarları da hüquq normalarına əsaslanmır", deputat qeyd edib......
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə