Partiya  Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın tələbləri rədd edildi-
Fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycanın Ermənistana qarşı) qərarını açıqlayıb.
Qərara əsasən, Ermənistanın bəzi tələbləri rədd edilib. Belə ki, Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı məhkəmə tərəfindən bir daha təsdiq olundu. Eyni zamanda Ermənistanın Azərbaycanın etirazların təşkili və dəstəkləməsini dayandırması və Qarabağa təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi iddiaları ilə bağlı tələbləri rədd edilib.
Azərbaycan hər zaman beynəlxalq hüquq çərçivəsində öz haqlarını tələb edib. Müharibədə uduzan Ermənistan isə fürsət düşdükcə beynəlxalq instansiyalara, müəyyən dairələrə müraciət edərək, öz yalanları, riyakarlıqları ilə nəsə qazanmağa, əldə etməyə çalışıb. Bu ölkə hər yola əl ataraq sülh prosesini ləngitmək üçün səy göstərib. Ölkəmiz isə beynəlxalq səviyyədə arqumentlərlə, hüquq və normalara uyğun olaraq öz haqlarını daim tələb edib, hüquqlarını qoruyub, ədaləti bərpa edib......
......Ölkəmiz hüquqi müstəvidə mübarizəsini davam etdirməlidir
Milli Məclisin deputatı Asim Mollazadə də qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın irəli sürdüyü iddiaları rədd edib. Deputat vurğulayıb ki, Azərbaycanın hüquqi müstəvidə öz mübarizəsini davam etdirməsi olduqca vacibdir: "Ermənistanın törətdiyi cinayətlərlə bağlı hüquqi müstəvidə, hər bir istiqamətdə iddialarımızı peşəkar səviyyədə irəli sürməliyik. Bütün mümkün olan platformalarda iddialar qaldıraraq Ermənistanın cinayətkar və beynəlxalq hüquqa zidd əməllərinə hüquqi qiymət almalıyıq. Azərbaycan bu istiqamətdə öz səylərini daha da gücləndirməlidir".
Asim Mollazadə onu da qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu günlərdə Xocalı soyqırımını törədən cinayətkarlarla bağlı da məsələ qaldırmalı, beynəlxalq orqanlar, həmçinin İnterpol vasitəsilə onların həbsinə nail olmalıdır: "Onların sərbəst hərəkətlərinin qarşısı alınmalıdır. Hər bir imkandan istifadə edərək cinayətkarları cəzalandırmağa cəhd etməliyik, çünki cinayətkar cəzalandırılmasa, öz əməllərini təkrarlayacaqdır".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə