Partiya  İran parlamentinin ölkəmizə qarşı bəyanatına deputatlardan SƏRT REAKSİYA-

Molla-fars rejimi daha bir anti-Azərbaycan xarakterli addıma imza atıb. Belə ki, İran parlamentinin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul edilib.

Bəyanatda Azərbaycan əleyhinə absurd fikirlər səslədirən molla-fars rejiminin parlamentariləri ölkəmizin İsraildə səfirlik açmasını və Tel-Əvivə səfir göndərməsini “inanılmaz” və “islam dünyası əleyhinə davranış” kimi qələmə verib.
Üstəlik, iranlı deputatlar  “müsəlmanların artıq Azərbaycan Respublikasının dövlət rəsmilərini fələstinlilərin sionist rejim tərəfindən qətliam edilməsi və cinayətlərə məruz qalmasında şərik hesab edərək” Azərbaycan rəsmilərinə qarşı təhdidlərlə çıxış ediblər. 

Özləri yetmirmiş kimi, ərəb ölkələri, islam dünyası, xüsusilə İslam Əməkdaşlıq Təşkilatını, həmçinin “dünyanın azadlıqsevər nümayəndələri” kimi təqdim etdikləri, əslində isə terror təşkilatı olan qruplaşmaları Azərbaycanın İsraildə səfirlik açmasını pisləməyə çağırıblar. 

Mollalar daha da irəli gedərək, İranın Xarici İşlər Nazirliyindən bütün müsəlman ölkələrə bəyanat göndərərək bu istiqamətdə zəruri diplomatik fəaliyyətləri göstərməsini istəyiblər. 
İran parlamentinin bu bəyanatına Milli Məclisin deputatları sərt reaksiya veriblər.....


.....Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə İran parlamentinin bu bəyanatını, onların erməni qardaşlarına növbəti dəstəyinin ifadəsi kimi dəyərləndirib: 

“Heç kimə sirr deyil ki, İranın Ermənistana verdiyi dəstək günbəgün daha da güclənir. Təsadüfi deyil ki, Azərbaycanın 44 günlük müharibədəki və ondan sonrakı uğurlarını İran həzm edə bilmir. Ona görə də Azərbaycan beynəlxalq aləmdə hansısa uğur qazananda rəsmi Tehran bu cür kampaniyalara başlayır.

İran parlameninin qəbul etdiyi bəyanat boş və cəfəngdir. Bu bəyanatın heç bir hüquqi və siyasi əhəmiyyəti yoxdur. Hadisələrin inkişafı göstərir ki, molla-fars rejimin sonu yaxınlaşıb”.

Onu da bildirək ki, İran parlamentinin bəyanatında Fələstin məsələsinin qabardılması da absurddur. Çünki Azərbaycan İsraildəki səfirliyə paralel olaraq, Fələstində də konsulluq açmaq qərarını verib.

Əvəzində, molla rejimi Fələstində fəaliyyət göstərən “Həmas”, “Hizbullah” kimi terrorçu qrupları maliyyələşdirməklə qardaş dediyi müsəlmanların qanına bais olur.

Ümumilikdə isə, İran hakimiyyəti bu tip bəyanatlar verməklə Azərbaycanla münasibətlərin normallaşması perspektivinin üzərindən də xətt çəkir. Görünən qədərilə, molla rejimi hakimiyyətdə qaldıqca, Tehran-Bakı münasibətlərinin normallaşması real deyil.

Surxay Atakişiyev, Bizim.Media

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə