Partiya  Deputatlardan Konstitusiya Məhkəməsinə çağırış: “Vətəndaşların haqqını bərpa edin”-
Asim Mollazadə: “Konstitusiya Məhkəməsi bununla bağlı qərar verməlidir və inanıram ki, vətəndaşların haqqı tanınacaq”
Bəlli olduğu kimi, 2011-ci ildə tədavül müddətinin başa çatması ilə əlaqədar olaraq özəlləşdirmə paylarından istifadə edə bilməyən yüzminlərlə Azərbaycan vətəndaşı hələ də tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə veteranları və təqaüdçülər dövlət özəlləşdirmə payları üzərindəki haqlarının bərpa olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət də ünvanlayıblar.
Müraciətdə qeyd olunur ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların sayı çox olduğundan onların fərdi şəkildə öz hüquqlarını müdafiə etməsi mümkün deyil. Bu səbəbdən mövzuya Konstitusiya Məhkəməsi aydınlıq gətirə bilər. Hüquqşünasların sözlərinə görə, özəlləşdirmə payları “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənir və həmin qanunda vauçerlər üçün zaman məhdudiyyəti nəzərdə tutulmayıb. Bu baxımdan tədavül müddətinin başa çatması ilə bağlı qərar əsassızdır. Konstitusiya Məhkəməsi bu müraciətə hüquqi cəhətdən aydınlıq gətirməlidir.
Özəlləşdirmə payları əlində qalan vətəndaşlar aidiyyəti instansiyalara, o cümlədən Milli Məclis üzvlərinə müraciətlər ünvanlayırlar. Bundan əlavə, indiyədək Milli Məclisin onlarla deputatı, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri Azərbaycan hökumətinə müraciət edərək, özəlləşdirmə payları əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini istəyiblər. Onların bununla bağlı çağırışları mətbuat orqanlarında da dərc olunub.
Bu səbəbdən bütün media nümayəndələri və vətəndaşlar üçün cox maraqlıdır: özəlləşdirmə prosesi və özəlləşdirmə çekləri ilə bağlı problemlər barədə yüzminlərlə ailələr adından müraciət edilmiş hansı dövlət orqanı və 35 deputatdan hansılar Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Çünki vətəndaşlar adından Milli Məclis üzvlərinə göndərilən məktubların çatmasından 1 ay vaxt keçib.
Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə mövzuya dair AYNA-ya açıqlamasında özəlləşdirmə payları əlində qalan vətəndaşların hüquqlarının bərpa olunmasını vacib saydığını deyib: “1996-cı ildə mərhum Prezident Heydər Əliyev tərəfindən bununla bağlı imzalanan fərmanda qeyd olunurdu ki, özəlləşdirmə çekləri hər bir Azərbaycan vətəndaşına əvəzsiz olaraq paylanılır. Bu fərmanda pay sahiblərinin hüquqlarının qorunması, onların bu prosesdə fəal iştirakının təmin olunması öz əksini tapırdı və kifayət qədər mütərəqqi məqamlar yer alırdı. Yenicə müstəqilliyə qədəm qoyan və bir sistemdən digər sistemə keçid edən ölkənin vətəndaşları üçün bu, çox mühüm bir qərar idi”.
“2011-ci ildə tədavül müddətinin baş çatdığı elan edildi. Bu qərardan sonra yüzminlərlə ölkə vətəndaşı dövlətin onlara ayırdığı paydan istifadə hüququndan məhrum oldu. Onlar bu gün də o çekləri qoruyub saxlayırlar. Lakin heç bir real dəyəri yoxdur. Hansı ki, bu vauçerlər qiymətli dövlət kağızıdır və onların istifadəsinə şərait yaradılmalıdır”, - deputat bildirib.
Mollazadənin sözlərinə görə, məsələ ilə bağlı onlara da müraciətlər daxil olur: “Müharibə veteranları və təqaüdçülərin Konstitusiya Məhkəməsinə müraciət etmələrindən xəbərdaram. Vətəndaşlardan mənə də müraciət daxil olub və onu Konstitusiya Məhkəməsinə ünvanlamışam. Tamamilə haqlı vurğulanır ki, fərdi şəkildə bu problemin həlli mümkün deyil. Bu səbəbdən Konstitusiya Məhkəməsi bununla bağlı qərar verməlidir. Milli Məclisin deputatı, partiya rəhbəri olaraq Konstitusiya Məhkəməsindən xahiş edirəm ki, pay sahiblərinin haqlarını təmin etsinlər. İnanıram ki, belə də olacaq. Aidiyyəti qurumlar da problemin müsbət mənada həllinə öz töhfəsini verməli, bu istiqamətdə aktiv fəaliyyətə keçməlidir”......
Müəllif: Aydın Gəray Ayna.az
Статистика и объявления
Нравится
Комментировать
Поделиться
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə